Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
A+   Yenilə  A-
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir

Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan sərhədini keçmiş erməni təxribatçıların əsir götürülməsi barədə isterik bəyanatlarını davam etdirir. Erməni diplomatların ara verməyən ah-zarı fonunda Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinin ünvanına məktub göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda Ermənistanın Azərbaycana qarşı 30 ildən bəri davam edən təcavüzündən, Azərbaycan vətəndaşlarının itkin düşməsindən və Ermənistanın bu insanlar barədə məlumat verməkdən imtina etməsindən bəhs olunur.

Məlum olduğu kimi, beynəlxalq hüquq normalarına əsasən mülki şəxslərin qəsdən öldürülməsi, onların girov götürülməsi, habelə hərbi əsirlərlə və saxlanılmış mülki şəxslərlə amansız davranış qadağan edilir. Y.Əliyevin məktubunda deyilir ki, Ermənistan, onun agentləri, vəzifəli şəxsləri Azərbaycana qarşı 1990-cı illərin əvvəlindən başlanmış təcavüzün gedişində beynəlxalq humanitar hüququn bu normalarını dəfələrlə pozublar.

Münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyi müharibənin faciəvi nəticələrindən biri kimi ciddi diqqət yetirilməsini və müvafiq tədbirlər görülməsini tələb edir. Bu gün Azərbaycanın 3890 vətəndaşı, o cümlədən 719 mülki şəxs itkin düşmüş hesab edilir. Bu mülki şəxslər arasında 71 uşaq, 267 qadın və 326 ahıl şəxs var. Azərbaycanlı diplomat qeyd edir ki, itkin düşmüş şəxslərin siyahısı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ermənistana çatdırılıb və bu siyahı mütəmadi olaraq yenilənir.

Münaqişənin gedişində erməni silahlı qüvvələrinin geniş tətbiq etdiyi cinayətkar əməlləri nəzərə alsaq, itkin düşmüş hesab edilən şəxslər onların salamat qalması baxımından ciddi narahatlıq doğuran vəziyyətdə yoxa çıxıblar. Beynəlxalq humanitar hüquq normalarının digər pozuntuları kimi, insanların qeyri-qanuni saxlanılması, onlara işgəncə verilməsi və şəxsi ləyaqətinin alçaldılması ermənilərin azərbaycanlılara münasibətdə sistemli şəkildə yürütdüyü etnik təmizləmə, kollektiv cəzalandırma və ayrı-seçkilik siyasətinin tərkib hissəsi olub.

Erməni silahlı qüvvələri tərəfindən törədilmiş bəzi cinayətlər, məsələn, 1992-ci ilin fevral ayında Xocalı şəhərində yüzlərlə azərbaycanlı mülki şəxsin bir neçə saat ərzində amansızcasına qətlə yetirilməsi hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktlarıdır, çünki azərbaycanlılar yalnız etnik mənsubiyyətinə görə hücum obyekti olub və ermənilərin niyyəti bu qrupa aid insanları məhv etmək idi.

Müəyyən edilib ki, itkin düşmüş 872 Azərbaycan vətəndaşı münaqişənin ilkin mərhələsində əsir və ya girov götürülüb. Onlardan 605 nəfəri hərbi qulluqçu, 267-si isə mülki şəxs, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl şəxs olub.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilər tərəfindən saxlanılmış 54 şəxslə görüşüb, lakin sonradan, 1993-1995-ci illərdə həmin şəxslər öldürülüb. Daha sonra bu şəxslərdən 17-nin, o cümlədən 12 əsirin cəsədləri qaytarılıb. Onlar Ermənistan ərazisində, konkret olaraq bu ölkənin paytaxtı Yerevanda (10 nəfər) və Noyemberyan (Tavuş) rayonunda (2 nəfər) qətlə yetirilib. Saxlanılmış 33 nəfər vəfat etmiş elan olunub, lakin onların cəsədləri qaytarılmayıb, 4 nəfərin taleyi isə hələ də məlum deyil.

Ermənistan beynəlxalq hüququ pozur mülki şəxsləri və hərbi əsirləri qətlə yetirir, onlarla qəddar rəftar edir, bu cinayətləri təhqiq etmir və itkin düşmüş şəxslərin yerini aydınlaşdırmır. Daha geniş kontekstdə Ermənistan törətdiyi təcavüzə və bu təcavüzün saysız-hesabsız insanlara iztirab verməsinə görə öz məsuliyyətini inkar edir, hərbi caniləri və terrorçuları şöhrətləndirir, azərbaycanofobiyanı və azərbaycanlılara nifrəti təbliğ edir, revanşist niyyətlər bəsləyir, yenidən güc tətbiq etməklə hədələyir.

Hətta 2020-ci il noyabrın 10-dan etibarən döyüş əməliyyatları dayandırılandan sonra da azərbaycanlı mülki şəxslər işğaldan azad edilmiş ərazilərdə minalar partlaması nəticəsində həlak olur. Ermənistan təqribən 10 min kvadrat kilometr ərazidə yerləşdirdiyi minalar barədə məlumat verməkdən imtina edir, beləliklə bilərəkdən insanların həyatına qəsd edir, humanitar səylərə, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmalarına mane olmağa çalışır.

Ölkəmizin BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilir ki, Azərbaycan vəhşicəsinə cinayətlər törədilməsində təqsirkar olanların təqib edilməsi və cəzalandırılması məqsədilə məhkəmə araşdırmasına başlayıb, çünki belə cinayətlərə münasibətdə statut hüququ baxımından hər hansı məhdudiyyətlər şamil edilmir. Təqsirkarların məsuliyyətə cəlb edilməsi və onların vurduğu ziyanın ödənilməsi təcavüz qurbanlarının hüquq və mənafelərinin təmin edilməsinə xidmət edir. Bu, törədilmiş cinayətlərin labüd nəticəsi olmalıdır, lakin onlar həm də həqiqi barışıq yolunda mühüm preventiv vasitə və əsas şərtlərdən biridir.

 
  • Oxunub:  2880  |  
  • Tarix:  14-06-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir

29 İyul 16:33
"Bakı Bəyannaməsi tarixi sənəddir"
29 İyul 16:31
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
29 İyul 16:21
Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq qardaşlığa əsaslanır
29 İyul 16:07
Vüqar Rəhimzadə: Bakı Bəyannaməsi dünyaya ünvanlanan bir cox mesajları özündə ehtiva edir
29 İyul 16:02
Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq reytinqini getdikcə artırır
29 İyul 16:01
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
29 İyul 15:47
Azərbaycanın turizm imkanlarının İsraildə təşviqi məsələləri müzakirə olunub
29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+21 +24