/ / Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14.06.2021 [17:49]
İyunun 14-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar ölkəmizdəki gənclər təşkilatlarının sədrləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Adil Əliyev müasir Azərbaycanın banisi, qurucusu ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 28 il əvvəl hakimiyyətə qayıtmasını, nəticədə dövlətimizin məhv olmaq təhlükəsindən xilas olduğunu bildirib. Ulu Öndərin gərgin əməyi sayəsində ölkəmizin bir dövlət kimi məhv olmasının, parçalanmasının qarşısının alındığını, müstəqilliyimizin təmin olunduğunu vurğulayıb. Çətin bir dövrdə hakimiyyətə qayıtmış Ümummilli Liderin xalqın xilaskarına çevrilərək gördüyü genişmiqyaslı işlərin və gərgin əməyi nəticəsində dövlətimizin süqutunun qarşısı alınıb. Milli Məclis sədrinin müavini gənclər təşkilatlarına səslənərək deyib: “Azərbaycan gəncliyi bilməlidir ki, məhz Ulu Öndər hakimiyyətə gələnədək hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün apardığı daxili intriqalar, siyasi hərc-mərclik, öz maraqlarını hətta dövlətin maraqlarından üstün tutaraq atdıqları addımlar nəticəsində ölkəmiz məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdı. Onların satqınlıqlarından istifadə edən düşmənin məkrli planları və təcavüzü nəticəsində ərazimizin bir hissəsi işğal edilmiş, habelə daxildə parçalanmalar başlanmışdı. AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində itirilmiş torpaqlarımızın qisasını almaq üçün 29 ilə qədər vaxt lazım oldu. Ulu Öndər siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də diplomatik müstəvidə aparılan uğurlu işlərin nəticəsində Vətən müharibəsində tarixi Qələbə qazanıldı, işğal altındakı torpaqlarımız düşmən azad edildi.
Adil Əliyev 1993-cü il iyunun 15-dən Ümummilli Lider tərəfindən əsası qoyulmuş gənclər siyasətinin uğurla davam etdirilməsi, bu sahədəki məqsədyönlü siyasi kurs, habelə idmanda kütləviliyin təmin edilməsi sahəsində müəyyənləşdirdiyi yol xəritəsi əsasında formalaşmış gəncliyin qazandığı tarixi Qələbədən danışıb. Habelə gənclər siyasətinə ayrılmış diqqətin, bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini, gənclərimizin daim diqqət mərkəzində saxlanıldığını, Azərbaycan gəncliyinin də Prezidentimizin ətrafında sıx birləşdiyini bildirib. Adil Əliyev, eyni zamanda, gənclərimizin bundan sonra da haqq səsimizin dünyaya çatdırılmasında fəal olmalarının vacibliyini vurğulayıb.
Görüşdə iştirak edən gənclər təşkilatlarının sədrləri səmimi qəbula görə minnətdarlıqlarını bildirərək, Ümummilli Lider tərəfindən gənclərə göstərilən diqqətin bu gün dövlətimizin başçısı tərəfindən davam etdirilməsindən məmnunluqlarını bildiriblər. Azərbaycan gəncliyinin hər zaman Ulu Öndərin ideyaları əsasında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşəcəyini qeyd ediblər. Gənclər təşkilatlarının liderləri ölkəmizin ədalətli mövqeyini istər yerli, istərsə də xarici mediada hər zaman işıqlandırdıqlarını, xüsusilə ölkəmiz barədə həqiqətlərin xarici ölkələrdən olan həmkarlarına daim çatdırdıqlarını bildiriblər. Bundan sonra da bu sahədə apardıqları işlərə daha geniş vüsət alacağını bildirib, gənclərə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda gənclər təşkilatlarının sədrləri gənclər sahəsində apardıqları səmərəli fəaliyyətlərinə görə Milli Məclis sədrinin müavini tərəfindən Gənclər və idman komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27