Ana səhifə »  Xəbər lenti »  Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib
A+   Yenilə  A-
Milli Qəhrəman Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günündə Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev vaxtilə gənclərə müraciətində demişdi: “Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Vətəni qoruyun, xalq, Vətən sizin şücaətlərinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır”.

Bu, həqiqətən də belədir. Yüzlərlə, minlərlə Azərbaycan gənci Ulu Öndərimizin bu arzusunu, bu öyüdünü də Vətənə sədaqətli xidmətləri ilə döyüş meydanlarında təsdiq edərək əbədiyyət zirvəsinə ucalıb, xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilib.

Vətənin undulmaz igidlərindən, Azərbaycan Ordusunun fədakar hərbi qulluqçularından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. İndi o, həm ölkəmizdə, həm də Vətənimizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevrilib.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev 2010-cu il noyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qəhrəman döyüşçülərimiz Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində qeyd edib ki, bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar.

Azərbaycan xalqı və Ordusu bu əmri düz on il səbirsizliklə gözlədi. Nəinki gözlədi, on il ərzində ordu quruculuğu məsələləri dövlətimizin başçısının fəaliyyətində prioritet oldu. Ordumuz yeni texnika, texnologiya, ən müasir silahlar, aviasiya vasitələri, raket-artilleriya qurğuları, ən müasir pilotsuz uçuş aparatları ilə daha da möhkəmləndirildi, yüksək döyüş qabiliyyətli, müharibələrdə qazanılan döyüş taktikasına yiyələnən peşəkar kadrlarla komplektləşdirildi. Xüsusi təyinatlı təhsil müəssisələri hərbi təhsilin ən yeni mərhələsinə qədəm qoydu. Nəhayət, gözlənilən günün gəlib çatdığı 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız və Ordumuz Vətən müharibəsinə qalxaraq təcavüzkar Ermənistana dəmir yumruğunun gücünü göstərdi və 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm tarixi Zəfərə nail oldu.

İyunun 18-də Mübariz İbrahimovun təkbaşına döyüşərək düşmənlərə xeyli itki verdiyi və şəhid olduğu gün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Biləsuvar rayonuna gedərək şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ata ocağını ziyarət edib, şəhidin valideynləri ilə görüşüb, bu yaxınlarda açılışı olacaq xatirə muzeyi ilə tanış olub, Vətənə layiqli oğul, Ordumuza mübariz döyüşçü bəxş etdikləri üçün İbrahimovlar ailəsinə minnətdarlıq ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Mübarizin davamçıları olan Vətən müharibəsi şəhidləri haqqında yazdığı “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabı qəhrəmanın atasına təqdim edib. Qəhrəmanın atası Ağakərim İbrahimov göstərilən diqqətə və xatirə kitabına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifə minnətdarlıq edib. Hər bir şəhidin Mübariz kimi ona doğma, əziz olduğunu, məhz bu şəhidlərin qanı hesabına, igidlərimizin şücaəti, xalqımızın birliyi, həmrəyliyi və əlbəttə, Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, dəmir yumruğu sayəsində möhtəşəm Zəfərə nail olduğumuzu iftixarla vurğulayıb.

Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib. Əvvəlcə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayan, şəhid hərbi qulluqçuların ailə üzvlərinə bir daha başsağlığı verən, onlara Vətənə layiqli övladlar yetişdirdiklərinə görə təşəkkürünü bildirən A.Qurbani kitabın nüsxələrini şəhidlərin doğmalarına təqdim edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəhid polkovnik-leytenant Orxan Əkbərovun, şəhid kapitan Nihad Babayevin, şəhid kapitan Cavid Mahmudovun, “Qarabağ” ordenli şəhidlərdən kapitan Elçin Tağıyevin, gizir Məhəmməd Əmənovun ailə üzvləri çıxış edərək övladları ilə qürur duyduqlarını deyib və şəhid oğullarının xidmətlərinin yüksək qiymətləndirildiyinə görə Müzəffər Ali Baş Komandana ömürləri boyu minnətdar olacaqlarını ifadə ediblər.

Şəhid Elçin Tağıyevin azyaşlı qızı Dəryanurun şəhidlər haqqında söylədiyi şeir tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Zamiq Mənsimov və Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri, Birinci Qarabağ müharibəsinin veteranı Seymur Qurbanov ölkəmizin digər bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da bu gün hər bir vətəndaşın qələbə, zəfər əhvali-ruhiyyəsi ilə yaşadığını və hər an Müzəffər Ali Baş Komandanın əmrlərinə bir nəfər kimi hazır olduqlarını bildiriblər.

Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu, bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq İbrahim Quliyev rayon gəncləri adından çıxış edib və Azərbaycan Ordusunda şəhidlərimizin, igid Vətən əsgərlərinin qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklərinə və şanlı hərb tariximizə yeni-yeni səhifələr yazacaqlarına and içib.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  8130  |  
  • Tarix:  19-06-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir

29 İyul 15:40
Yol polisi nəqliyyat vasitələrinin arxa şüşələrinə şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib
29 İyul 15:28
Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub
29 İyul 15:12
Müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
29 İyul 14:48
Vergi Xidməti: Əksər şadlıq evlərində qonaqlar və işçi heyəti arasında vaksinləşmə səviyyəsi artır
29 İyul 14:19
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
29 İyul 14:13
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələrinin Ağdama səfəri başlayıb
29 İyul 13:39
Türkiyə və Pakistanın parlament nümayəndə heyətləri Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər
29 İyul 13:32
III ixtisas qrupu üzrə müsabiqədə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilər
29 İyul 13:30
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 49,9 milyon dollar olub
29 İyul 12:38
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar
29 İyul 12:14
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb
29 İyul 12:10
TBMM-nin sədri: Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi

29 İyul 12:04
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

29 İyul 11:56
Hava nəqliyyatı ilə müəyyən şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib – Qərar
29 İyul 11:51
Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib
29 İyul 11:42
Azərbaycan İsraillə iqtisadi münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edib
29 İyul 11:29
Azərbaycan və İsrail arasında səmərəli tərəfdaşlıq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır
29 İyul 11:10
KOBİA İsrailin KOB sahəsində müvafiq qurumları ilə görüşlər keçirib
29 İyul 11:04
ADA Universitetində ikinci “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib
29 İyul 10:53
Mustafa Şentop: Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq
29 İyul 10:43
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başlayıb
29 İyul 09:52
DİM iyulun 30-dan etibarən onlayn apellyasiya təşkil edəcək
29 İyul 08:49
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü nümayiş etdirir
29 İyul 08:41
Yay fəslində uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
29 İyul 08:38
Ermənistan cəmiyyətində ağır mənəvi-psixoloji durum və etinasızlıq hökm sürür
29 İyul 08:37
Gənc nəslin vətənpərvər ruhda yetişməsində ali təhsil müəssisələrinin də rolu böyükdür

29 İyul 08:35
Radikal müxalifət ermənipərəst dairələrin direktivləri əsasında hərəkət edir

29 İyul 08:33
Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub
28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +30
gecə+21 +24