Ana səhifə »  Xəbər lenti »  Sülh müqaviləsinə imza atmaq Ermənistan və dünya erməniləri üçün ən rasional qərardır
A+   Yenilə  A-
Sülh müqaviləsinə imza atmaq Ermənistan və dünya erməniləri üçün ən rasional qərardır

YAP  Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov

Tovuzda Ermənistan-Azərbaycan sərhəddində baş verən təxribatların üzərindən bir il vaxt keçmişdir. Düz bir il əvvələ boylanıb baxanda yalnız ölkəmizdə deyil, bütün regionda geniş miqyaslı işlərin getdiyini, mümkünsüz deyilən reallıqların tərəfimizdən yaradıldığını görə bilirik. Səmimi etiraf edək ki, hər nə qədər ordumuza, qəhrəman oğullarımıza inansaq da bir il əvvəl indi əldə etdiyimiz nəticə ilə qalib gələcəyimizi desəydilər bir çoxları inanmazdı. Bu da təbiidir. Çünki haqlı olaraq ölkəmiz öz hazırlığını məxfi şəraitdə və peşakarlıqla həyata keçirə bildi. Qarabağ zəfəri həm xalqımız, həm dövlətimiz, həm də yaşadığmız region üçün Milad hesab olunmalıdır. Artıq bu günə qədər mövcud olmuş heç bir məsələ öz köhnə mövqeyini saxlamayacaqdır. Yeni reallıqlar yeni quruluşlar, yeni yanaşmalar diqtə edəcəkdir.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, ümumilikdə Qafqazda, xüsusi ilə də Cənubi Qafqaz regionunda heç vaxt bu qədər əməkdaşlıq üçün münbit şərait olmamışdır. Səbəbi isə çox bəsitdir. Çünki buna icazə verilməmişdir. Təəssüf ki, dünyada olan bəzi qüvvələr ayrı-ayrı regionları öz təsir dairələrində saxlamaq və hər zaman o ərazilərə birbaşa, yaxud da bilavasitə təsir etmək üçün münaqişə mühiti formalaşdırmışlar. Əslində daha əvvəl olduğu kimi II Qarabağ Müharibəsi davam edərkən də bəzi qüvvələr birbaşa, bəziləri bilavasitə, bəziləri isə gizlin yollarla təəssüf ki, müharibənin taleyini düşmənin xeyirinə həll etmək istəyirdilər. BMT-nin iclaslarının birində hətta Təhlükəsizlik Şurasının 30 ildir həyata keçirilməyən Qətnamələri qala-qala Azərbaycana qarşı addımlar atmaq, haqlı davamızı, mübarizəmizi dayandırmaq istəmişlər. Elə bu məqamda Qoşulmama Hərəkatına mənsub yeddi ölkə öz mövqeyini ortaya qoyaraq bizə qarşı hər hansı bir qərarın qəbul olunmasının qarşısını almışlar. Bunu dəfələrlə cənab Prezident öz çıxışlarında vurğulamışdır.

Azərbaycan öz haqlı mübarizəsini uzun illər ərzində davam etdirmişdir. Bunun üçün məqsədyönümlü şəkildə öz cəmiyyətinə, ordu quruculuğuna diqqət ayırmaqla yanaşı, beynəlxalq sferada da dostlarının sayının artırılması, hüquqi bazanın gücləndirilməsi istiqamətində ciddi işlər aparılmaqda idi. Bu baxımdan Qoşulmama Hərəkatına 2016-cı ildə üzv olmaq və cəmi üç il sonra ona rəhbərlik etmək düşünülmüş siyasi, diplomatik addımların nəticəsində əldə olunmuş uğur idi. Qoşulmama Hərəkatının əsas baza prinsipləri olan “ Bandonq konfransının” qərarları əslində uzun illərdir Azərbaycanın həyata keçirdiyi xarici siyasətlə vəhdət təşkil etməkdədir. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək əslinə bütün dünya dövlətlərinin əməl etməli olduğu prinsiplər toplusudur. Azərbaycan Prezidenti Hərəkata rəhbərlik etdiyi ilk gündən bu amallara sadiqdir.

Qoşulmama Hərəkatının Xarici İşlər nazirlərinin videokonfrans formatında keçirilən növbəti görüşündə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev bir daha aydın nümayiş etdirdi ki, 60 illik tarixi boyunca bu hərəkat heç vaxt bugünkü kimi güclü və böyük hörmətə malik olmamışdır. 2019-cu ildən quruma ləyaqətlə rəhbərlik edən ölkəmiz üzv dövlətlərin bütün problemlərində onların yanında olmağı bacarmışdır. Qeyd etmək lazımdır ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan dövlət, beynəlxalq təşkilat və qurumlardan daha ədalətli mövqeyə malik olan dövlətlər məhz Qoşulmama Hərəkatına üzv olan ölkələrdir.

44 günlük Vətən Müharibəsi ərəfəsində Azərbaycan Respublikası və Müzəffər ordusu qarşısına qoyduğu bütün hədəflərə çatmış və planlarını artıqlaması ilə yerinə yetirmişdir. Müharibədən sonra canını, sağlamlığını, gələcəyini vətən uğrunda qurban vermiş gənclərimiz və onların ailələri daim xalqımızın, dövlətimizin, dövlət başçımızın diqqət və qayğısı ilə əhatələnmişlər. Burada əsas və ürəkaçan məqam ondan ibarətdir ki, cəmiyyətimiz bu işdə fəal iştirak edir. Dövlət orqanları ilə yanaşı ictimai, siyasi, sosial təşkilatlar, özəl şirkətlər dövlətin bu sahədə apardığı siyasətə öz töhfələrini verirlər. Özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub.

Bu gün şəhid ailələri və qazilər mənzil ilə təmin olunmaqdadırlar. Hər il minlərlə bu qəbildən olan insanlar mənzillərlə təmin olunur. Sosial ödənişlər zamanında və ədalətli şəkildə ödənilir. Bunlar hamısı dövlətin öz canını vətən uğrunda qurban verən vətəndaşlarına göstərdiyi qayğısıdır. Sözdə deyil, həqiqətdə, reallıqla göstərilən qayğıdır. Müharibəni uduzan və tamami ilə məhv olmuş Ermənistanda analoji vəziyyəti təhlil edərkən görürük ki, nəinki hansısa şəhid ailəsinə mənzil, hətta adi sosial ödənişlərini belə ödəyə bilmirlər. Əlbəttə, bu, dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Bu, möhtərəm Prezidentin öz şəhidinə, qazisinə ali diqqətinin  təzahürüdür.

Vaxtaşırı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı baş verən hadisələrə ölkəmizin rəsmi mövqeyini müxtəlif üsullardan istifadə edərək bildirməkdədir. Dəmir yumruq və güclü ordu tezisləri hər zaman aktualdır. Bəlkə də bu qəti mövqedən ehtiyat edən bəzi ölkələr ikili oynamağa, əsl simalarını nümayiş etdirməməyə çalışırlar. Bizim Milli və Dövlət maraqlarımızla bağlı öz yolumuz var. Qarabağ məsələsi öz həllini tapmış və ölkəmiz, regionumuz inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Bunun əksini iddia edənlər ya daha yaxşı bir həll yolunu masaya qoymadırlar, ya da vəziyyətlə barışmalıdırlar. Hərçənd ki, daha yaxşı bir həll yolu mövcud deyildir! Müxtəlif xarakterli, dövlətçilik ənənələrinə sahib olmayan mənbələrin açıqlamaları mütləq ki, sonda ən böyük zərbəni yenə özlərinə vuracaqdır. Sonradan peşman olmamaq üçün sülh müqaviləsinə imza atmaq bütün dünya erməniləri üçün ən rasional qərar olardı.

Dəfərlərlə “status” məsələsinin mövcud olmadığını və heç vaxt da mövcud olmayacağını cənab Prezident bəyan etmişdir. Ola bilər ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasını məhz mövcud olmayan ərazi vahidi ilə, yəni keçmiş Dağlıq Qarabağ vilayətinin statusu ilə əlaqələndirmək istəyir. Bu, onun öz işidir. Çünki, o bir lider kimi dəfələrlə irrasional addımlar atmış və öz ölkəsini uçuruma aparmışdır. Hesab edirəm ki, bu da növbəti belə bir cəhddir. Belə cəhdlər ancaq rəsmi mövqedən çıxış edən birini gülüş obyektinə çevirməyə xidmət edir. Cəmi bir neçə gün əvvəl cənab Prezidentin imzaladığı sərəncamla artıq bizim nəinki siyasi, inzibati, heç iqtisadi olaraq da Dağlıq Qarabağ adlı ərazi vahidimiz mövcud deyildir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması həm böyük iqtisadi, həm də tarixi-siyasi əhəmiyyətə malik qərardır. Biz öz dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq. Bütün qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Bu həm 10 noyabrda imzalanmış bəyannamənin müddəası, həm də yaranmış yeni reallığın tələbidir. Əgər Azərbaycan ərazisində erməni vətəndaşlarımızın sərbəst yaşamasının mümkünlüyünü və onların təhlükəsizliyini biz təmin ediriksə, niyə də azərbaycanlılar öz tarixi torpaqlarında yaşamaq hüququna malik olmasınlar?!

Münaqişə bitib! Onu biz, ordumuz yalın əllə, təkbətək döyüş şəraitində bitirə bilmişik. İndi dünyanın müxtəlif dövlətləri, orduları bizim təcrübəmizdən istifadə etmək, öyrənmək istəyirlər. Lakin bəzi dövlətlər isə hələ də Şuşaya səfər etməyə çəkinirlər. Onlar nə hesab edirlər, necə hesab edirlər? Belə etməklə güya ədalətimi bərpa edirlər? Yeri gəlmişkən, ədaləti ötən otuz il ərzində təmsil olunduqları qurumların tərkibində bərpa etmək lazım idi. Bugün Azərbaycanın beynəlxalq qanunlarla tanınmış ərazisində həyata keçirdiyi hər hansı bir prosesdə iştirak edib, etməməklə yaranmış yeni reallığı danmaq və ya özünü qəbul etməmiş kimi aparmaq mümkünsüzdür. Bəlkə də “Şuşa bəyannaməsinə” verilmiş vaxtı ötmüş və heç bir mənası olmayan bir reaksiyadır. Kim bilir?! Bəlkə də bu “Minsk üçlüyünü” yenidən naftalin qoxuyan sandığından çıxarmaq üçün atılmış irrasional addımlar silsiləsindən biridir.

Son günlər istər Ermənistan-Azərbaycan sərhəddində, istərsə də Şuşa ətrafında Rusiya Sülhməramlılarının məsuliyyət zonalarında atəşkəsin pozulması halları baş verməkdədir. Düşünürəm ki, bu, sadəcə yaranmış yeni reallıqla barışmamaq cəhdləridir. Lakin bizim Milli və Dövlət hədəflərimiz var. Ermənistanın hərbi-siyasi hakimiyyəti müxtəlif dairələrin fitvasına getməməli və sülhün yeganə çıxış yolu olduğunu bilməlidir. Qarabağda təhlükəsizliyin yeganə qarantı Azərbaycan ordusudur. Sülhməramlıların fəaliyyət müddəti isə 10 noyabr bəyannaməsində açıq-aşkar ifadə olunmuşdur. Rusiya Sülhməramlılarının nəzarət zonasında olan terror  dəstələri təcili o ərazilərdən təmizlənməli və mina xəritələri Azərbaycan tərəfinə təqdim edilməlidir. Hər kəs öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir ki, əməkdaşlıqlar uzunömürlü olsun. Rusiya Sülhməramlılarının regionda fəaliyyəti və qalma müddəti məhz bu kimi amillərdən asılı olacaqdır.

 
  • Oxunub:  3120  |  
  • Tarix:  17-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05 Avqust 21:20
Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb
05 Avqust 21:08
Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb
05 Avqust 20:58
Azərbaycanın Baş prokuroru Sədərək rayonunda hərbi hissədə olub
05 Avqust 20:55
Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO
05 Avqust 20:06
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub
05 Avqust 19:54
İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
05 Avqust 19:36
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları ilə görüşüb
05 Avqust 19:31
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
05 Avqust 19:30
Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05 Avqust 19:25
AZAL 20 ölkədən Azərbaycana giriş-çıxış üçün icazə ilə bağlı məlumat yayıb
05 Avqust 19:23
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır
05 Avqust 19:17
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
05 Avqust 19:12
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
05 Avqust 18:25
YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
05 Avqust 17:11
Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur
05 Avqust 16:59
Hikmət Əlizadə: Meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır
05 Avqust 16:54
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb
05 Avqust 16:44
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə növbəti görüş keçirilib
05 Avqust 16:24
Suraxanı rayonunda şəhid Əhməd Kərimovun məzarı ziyarət olunub
05 Avqust 16:07
“YAŞAT” düşərgəsinin üçüncü həftəsində konsert proqramı təşkil olunub
05 Avqust 16:05
XII Qəbələ Musiqi Festivalı başa çatıb
05 Avqust 15:56
Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar
05 Avqust 15:36
Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
05 Avqust 15:19
Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq
05 Avqust 15:16
Türkiyənin Kəmərköy İES-nə yaxın ərazidə baş verən meşə yanğınları söndürülüb
05 Avqust 13:53
YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
05 Avqust 13:31
Milli Məclisin sədri Sahibə Qafarova İranda səfərdədir
05 Avqust 12:59
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər
05 Avqust 12:58
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,2 milyon dollar olub
05 Avqust 12:54
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
05 Avqust 12:52
Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
05 Avqust 12:41
FHN Ağsu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
05 Avqust 12:07
İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
05 Avqust 12:04
Füzuli Əsədov: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
05 Avqust 11:58
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
05 Avqust 11:42
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb
05 Avqust 10:31
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
05 Avqust 10:19
Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir
05 Avqust 09:53
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
05 Avqust 09:30
Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir
05 Avqust 09:15
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir
05 Avqust 09:10
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05 Avqust 09:06
Fəqət Şadlinskaya: Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır
05 Avqust 09:04
YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər
05 Avqust 09:02
Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
05 Avqust 09:00
Şəhid Qara Balakişiyevin məzarı ziyarət olunub
05 Avqust 08:56
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05 Avqust 08:55
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05 Avqust 08:53
Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05 Avqust 08:52
Qabil Hüseynli: Bu iddiaların heç bir əsası yoxdur

05 Avqust 08:49
Radikal müxalifətin süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur

05 Avqust 08:47
Ermənistanda siyasi gərginlik səngimir
05 Avqust 08:43
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05 Avqust 08:38
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05 Avqust 08:36
Uşaqlarda allergiya yaradan qidalar...
04 Avqust 20:10
Azərbaycanda koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb
04 Avqust 19:35
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
04 Avqust 18:48
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
04 Avqust 18:26
Təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə vakansiyalar bu gün açılacaq
04 Avqust 18:15
Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
04 Avqust 17:34
“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb
04 Avqust 17:32
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
04 Avqust 17:28
Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb
04 Avqust 17:17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI
04 Avqust 16:43
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
04 Avqust 16:30
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıb
04 Avqust 16:18
Mədəniyyət Nazirliyinin aparat rəhbəri ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib
04 Avqust 16:14
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
04 Avqust 15:37
Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır
04 Avqust 15:36
V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+23 +26