Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar

Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar

05.08.2021 [15:56]

Prezident İlham Əliyevin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da qardaş ölkəyə yola salınıb.Son günlərdə qardaş Türkiyədə fəsadlar törədən və insan itkisinə səbəb olan meşə yanğınları bütün Azərbaycan xalqının dərin üzüntüsünə, kədərinə səbəb olub. Hər bir azərbaycanlı sevinci sevincimiz, kədəri kədərimiz olan qardaşlarımıza bu dar günlərdə də arxa olmaq üçün bir ürək olub. Kimi dəstək mesajları, paylaşımları, kimi də duaları ilə türk xalqı ilə həmrəy olduğunu bildirir. Sosial şəbəkələrin Azərbaycan seqmentinə nəzər saldıqda əksər istifadəçilərin şəkillərinin Türkiyə bayrağı ilə bəzəndiyini, paylaşımlarında qardaş xalqa dəstək mesajlarını görürük. 

Vətən müharibəsi zamanı Türkiyə müharibənin ilk dəqiqələrindən etibarən Azərbaycanın haqlı davasının yanında olduğunu nümayiş etdirdi zaman da oxşar hadisələrin şahidi olduq. Türk qardaşlarımız tərəfindən üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı, al qırmızı, ay-ulduzlu Türkiyə bayrağı ilə qoşa dalğalandırıldı. Ümumiyyətlə, həmin vaxt Türkiyə son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq oldu.

Sonrakı mərhələlərdə də iki ölkə arasındakı qardaşlıq münasibətləri daha yüksək pillələrə qədəm qoydu. Şuşa Bəyannaməsinin, eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan parlament rəhbərlərinin üçtərəfli Bakı Bəyannaməsinin qəbul edilməsi, buna qədər mövcud olan ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi və gələcəyə hesablanmış uğurlu davamı oldu.Tarixən babalarımızın başlatdığı həmrəylik bu gün də davam edir. Hər iki qardaş xalq ağrı-acısını da, xoş gününü də birlikdə yaşayır, birlikdə kədərlənib, birlikdə gülürlər. Türkiyədə baş verən meşə yanğınları ilə bağlı yaşanan fəlakət zamanı da Azərbaycan dövləti qardaş ölkənin yanında, ona dayaq olduğunu nümayiş etdirir.  Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək bildirdi ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Türkiyəyə dəstək olaraq paylaşım edərək “Türkiyə xalqının kədəri bizim kədərimizdir”, - deyə vurğuladı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması üçün qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərildi. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınıb. Yanğınsöndürmə qrupunun tərkibində olan 100 əməkdaş Türkiyənin Muğla vilayətinin Marmaris və Dalaman bölgəsində yanğınlarla mübarizə aparır. 

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu da qardaş ölkəyə yola salınıb. Yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir. Qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və müvafiq tapşırıqlar verib. Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışırlar. Qeyd edək ki, Türkiyədə olan azərbaycanlı yanğınsöndürənlər “çətin zamanlarda canımızla və qanımızla hər zaman Türkiyənin yanındayıq. Və nə vaxt ehtiyac olsa, biz həmişə qardaş Türkiyənin yanında olacağıq. Birliyimizi göstərəcəyik”, - söyləyərək bir daha türk qardaşlarımıza dəstəklərini nümayiş etdirirlər. 

Bütün beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək, bir-birinə dayaq duran iki qardaş ölkə - Azərbaycan və Türkiyə dövlətçiliyimizə, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır. Eyni zamanda Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar. 

Sonda qeyd edək ki, Türkiyə dövlətin aldığı mühüm qərarlar, qardaş, dost ölkələrin köməyi ilə tezliklə bu fəlakətin də öhdəsindən əzmlə gələcək. 

Razəddin Quliyev,

YAP Göygöl rayon təşkilatının Göygöl Milli Parkı ərazi ilk partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 336 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31