Artıqlığı və əksikliyi əleyhimizə işləyən Günəş şüaları...
10.07.2024 [12:45]
Günəşsiz işıq, işıqsız da həyat yoxdur! Bütün canlıların yaşamasına səbəb olan Günəş şüaları aralarında ən üstün olan insanı yaxşı tanıyır və o bizi seçib desək yanılmarıq.
Doğrudur, bu barədə hər şey fotosintezlə başlayır, lakin təkcə onunla bitmir. Yerə düşmə bucağının ölçüsündən, günün saatından asılı olaraq, bu şüaların fərqli növləri var, bizə lazım olanlar ultrabənövşəyilər, sağlamlığımıza ciddi zərər vuranlar isə infraqırmızılar adlandırılır. Ultrabənövşəyi şüalar özləri də bir-neçə növə bölünür ki, son illərdə Ozon qatının zədələnməsi səbəbindən onların təhlükəli formaları da Yer qatına gəlib çatır. İnsan orqanizmi üçün yararlı hesab olunanlar hələ ki, alfa və b dalğalı ultrabənövşəyi şüalardır.
Terapevt Fərqanə Safərli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, 11:00-17:00 saat aralığında Günəş altında qalmaq təhlükəli hesab olunur. Onun sözlərinə görə bu vaxtlarda Günəş şüaları altında gəzmək, fiziki işlə məşğul olmaq uyğun görülmür: "Məsləhət görülən saatlar səhər 11- dək və axşamüstü 5-dən sonradır. Belə ki, bu vaxtlarda insanın dərisi ilə onların təması vitamin D hasilatının ilk zəncirinə təsir edir. Onun çatışmazlığı immun sistemin zəifləməsinə, bəzi hormonal göstəricilərin pozulmasına, daxili orqanların fəaliyyətinə təsir edir. Onu da qeyd edim ki, bu çevrilmə zəncirinin ilkin mərhələsi dəridən başladığı üçün hər hansı bir mərhələdə problem yaşayan insanlarda günəşlənmə çox olsa da vitamin D çatışmazlığı həmişə özünü göstərir. Eyni zamanda yüngül Günəş şüaları dəridə melanin piqmentinin sintezinə təsir edərək, dərinin rəngini tonlaşdırır, estetik görüntü verir, qanda serotonin (xoşbəxtlik hormonlarından biri) hasilatını artıraraq xoş əhval-ruhiyyə yaradır, qan dövranı, ürək fəaliyyəti, maddələr mübadiləsinə təsir edir".
F. Səfərlinin sözlərinə görə, həddindən artıq və məsləhət görülməyən saatlarda gün vannası qəbul etmək, Günəş altında gəzmək olmaz: "Bu dəridə baş verən yanıqlara və günvurmaya səbəb ola bilər. Günvurma dərəcəsindən asılı olaraq əsasən 3 yerə bölünür : yüngül, orta, ağır. İlk əlamətləri kimi ürəkbulanma, qusma, ürəkdöyünmə, təngnəfəslik ortaya çıxır. Vəziyyət dərinləşdikcə temperatur 39-a qədər yüksəlir, arterial təzyiqin düşməsi və ya qalxması, huşun ötəri itməsi, yüngül sayıqlamalar, beyin əlamətləri dərinləşərsə hətta komaya qədər çatır, eyni zamanda miokard infarktı baş verə bilir.
Belə hallar müşahidə olunarsa həmin şəxs sərin yerə uzadılmalı, soyuq kompresslər olunmalı, ona su içirdilməlidir. İlk tibbi yardım göstərilməlidir, əgər əlamətlər dərinləşərsə, xüsusən beyin əlamətləri olsa zərərçəkən şəxs hospitalizə edilməlidir".
Bəs bu halların baş verməməsi üçün insanlar necə davranmalıdır?
Mütəxəssis onu da qeyd edir ki, göstərilən vaxtlarda məcburiyyət olmadıqda Günəş şüalarından uzaq durmalı, əsasən pambıq və kətan parçalardan tikilmiş, açıq rəngli geyimlərdən istifadə olunmalıdır. Xüsusi günqoruyucu papaqlar və eynəklərdən istifadə etməyi məsləhət görən mütəxəssis, adi suyun qəbulunun artırılmasının vacib olduğunu bildirir: "5 yaşdan aşağı uşaqlar, 65 yaş üstü yaşlılar, hamilə qadınlar, çəkər xəstələri, ürək-damar xəstələri, tiroid vəzi xəstələri, anamnezində insult keçirənlər, onkoloji xəstələr xüsusilə günorta saatlarında Günəş altında olmamalı, lazımi təlimatlara uyğunlaşmalıdırlar".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

