Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nazir: Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir

Nazir: Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir

11.12.2024 [14:10]

Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar köhnəlib və müasir dövrün tələblərinə cavab vermir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

Nazir bildirib ki, təhsil sistemindəki köhnəlmiş prosedurlar və mexanizmlər islahatlara mane olur: “Daha effektiv, çevik və nəticəyönümlü yanaşmalar tətbiq olunmalıdır. İnnovativ yanaşmalar üçün iradə və qanunvericilik tənzimləmələri önəmlidir".

Nazir bildirib ki, beynəlxalq inteqrasiya proseslərinin sürətləndirilməsi, ali təhsil müəssisələrinin idarəetməsində çeviklik və innovasiyanın tətbiqi, xarici alim və tələbələrin Azərbaycan elmi və təhsil mühitinə daha çox cəlb olunması kimi məqamlar təhsil sisteminin inkişafını sürətləndirmək üçün mühüm addımlardır. Emin Əmrullayev islahatların həyata keçirilməsinin həm daxili potensialın artırılmasına, həm də beynəlxalq səviyyədə daha güclü təhsil mühitinin yaradılmasına şərait yaradacağını söyləyib.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30