“İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilində variantının təqdimatı olub
20.06.2014 [09:18]
İyunun 19-da Azərbaycan Dillər Universitetində (ADU) Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun və Viktor Andriyanovun birgə qələmə aldıqları “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına Muzey-Lektoriyada keçirilən tədbirdə Milli Məclisin deputatları, ərəb ölkələrinin Azərbaycandakı səfirləri iştirak ediblər.
Təqdimat mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov “Görkəmli adamların həyatı” silsiləsindən nəşr edilmiş kitabın məziyyətlərindən, ərəb dilinə tərcümə olunmasının əhəmiyyətindən danışıb. Rektor bildirib ki, “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabında Azərbaycan Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyətindən bəhs edilir. Faktların səhihliyinə və zənginliyinə görə dünyanın bir çox kütləvi informasiya vasitələrinin etibarlı mənbə kimi istifadə etdikləri kitab indiyədək müxtəlif dillərə tərcümə olunub.
Rektor “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilində nəşrinin Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında mühüm rol oynayacağına, kitabın universitetdə başqa dillərə də tərcümə olunacağına əminliyini bildirib. Nəşrin beynəlxalq aləmdə yerini ildən-ilə möhkəmləndirən, iqtisadi inkişaf tempi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın son dövr tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğunu diqqətə çatdıran rektor əsərin ADU-da ərəb dilini öyrənən tələbələr üçün faydalı tədris vəsaitinə çevriləcəyini vurğulayıb.
Daha sonra kitabın Küveytdə keçirilmiş təqdimat mərasimindən bəhs edən videoçarx nümayiş olunub.
Bildirilib ki, kitab Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə bu ölkənin nüfuzlu “Suad Əl-Sahab Nəşriyyat və Yayım Evi”nin mətbəəsində çapdan çıxıb. Kitabı ərəb dilinə səfirliyin əməkdaşı Babək Əhmədov tərcümə edib. Nəşrin redaktoru Ammar Həsəndir.
Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək kitab barəsində fikirlərini bölüşüb. Bildirib ki, kitab Prezident İlham Əliyevin bütün dünyada tanınan, parlaq zəkaya, uğurlu siyasi gələcəyə malik dövlət xadimi olduğunu bir daha sübut edir. O, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının durmadan artdığını, əhalinin rifah halının yüksəldiyini, daxili və xarici siyasətdə böyük uğurların əldə olunduğunu vurğulayıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli kitabın ərəb dünyasına inteqrasiya baxımından əhəmiyyətini qeyd edib, nəşrin gələcək əməkdaşlıqda böyük rol oynayacağına əminliyini bildirib. Komitə sədri nəşrin təqdimatının keçirilməsinin ölkəmizdə kitaba, yaradıcı insanlara verilən qiymətin sübutu olduğunu vurğulayıb.
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami ərəb ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri adından çıxış edərək deyib ki, Prezident İlham Əliyev haqqında geniş məlumatı əks etdirən kitab Azərbaycan və dünya ictimaiyyəti üçün dəyərli mənbədir. Diplomat kitabın ərəb dilində nəşrinin təkcə ərəbdillilər üçün deyil, eyni zamanda, bu regiona maraq göstərənlər üçün də faydalı olacağına əminliyini bildirib.
Sonda kitabın həmmüəllifi H.Mirələmov çıxış edərək bildirib ki, “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabı ilk dəfə 2007-ci ildə Moskvada məşhur “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından “Bioqrafiya davam edir” adlı yeni layihəsi əsasında rus dilində nəşr olunub. Kitabda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri ardıcıl əks olunur. Azərbaycanın dövlət başçısına olan oxucu marağı nəzərə alınaraq kitab türk, gürcü və Ukrayna dillərinə də tərcümə edilib. Müəllif bundan əvvəl bu seriyadan “Heydər Əliyev” və “Zərifə Əliyeva” kitablarını da geniş oxucu kütləsinin ixtiyarına verdiyini diqqətə çatdırıb.
H.Mirələmov “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilində variantının ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

