Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ARGTMŞ “QİDA” Qış Sessiyasını təşkil edəcək

ARGTMŞ “QİDA” Qış Sessiyasını təşkil edəcək

25.11.2014 [09:35]

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi “QHT-lərin İdarəetmə Akademiyası”nın (QİDA) Qış Sessiyasını təşkil edəcək. QİDA Qış Sessiyası 13-14 dekabr 2014-cü il tarixlərində Bakı şəhərində, Sabunçu “Gənclər Evi”ndə təşkil olunacaq.
Tədbir zamanı iştirakçılara “Şəxsi və Peşəkar inkişaf Akademiyası” tədris bloku üzrə “Gənclərin fəal iştirakı” mövzusunda təlimlər keçiriləcək. Praktiki məşğələlərlə iştirakçıların bilik və bacarıqları artırılacaq. 2 gün müddətində təşkil olunacaq tədbirdə 14-29 yaşlı gənclərin və gənclər təşkilatları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
QİDA Qış Sessiyasının iştirakçısı olmaq üçün 1 dekabr 2014-cü il tarixində saat 18:00-dək www.qida.nayora.az ünvanına daxil olub müraciət formasını doldurmaq lazımdır. İştirakçı seçimi zamanı ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının nümayəndələrinə üstünlük verilir.
Məlumat üçün qeyd edək ki, 2012-ci ildən start götürən “QHT-lərin İdarəetmə Akademiyası” (QİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində həyata keçirilir. QİDA çərçivəsində 2 il ərzində 120 gənclər təşkilatının 300 nümayəndəsi 20 sessiyada iştirak edib və Akademiyanın məzunu olub.

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30