Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədrinin layihəsi qrant müsabiqəsinin qalib olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədrinin layihəsi qrant müsabiqəsinin qalib olub

27.07.2015 [10:51]

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı yerli və beynəlxalq səviyyələrdə keçirilən müsabiqələrdə daha çox uğurlara imza atır. Xüsusli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi müsabiqələrdə universitetin tələbə gəncləri çox aktiv şəkildə iştirak edirlər. Adıçəkilən Fond 1 may–1 iyun 2015- ci il tarixlərində 7-ci qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1126 layihə təklifi daxil olmuşdur. Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 111, “B” kateqoriyası üzrə 7 və “C” kateqoriyası üzrə 350 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 468 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.562.800 manat vəsaitin ayrılması qərara alınmışdır. 24 iyul 2015-ci il tarixində müsabiqəsinin qalibləri elan edilmiş və C kateqoriyasında Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər  Təşkilatının sədri Turan Məmmədzadənin   "Gəncə 2016 Avropa Gənclər Paytaxtında gənclərin könüllük forumu" layihəsi qalib gəlmişdir. Layihənin ümumi büdcəsi 3500 manatdır.

 
Paylaş:
Baxılıb: 763 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30