Dərman vasitələrinin qiymətinə və keyfiyyətinə ciddi nəzarət ediləcək
08.09.2015 [10:06]
Pərviz Əzizbəyov: Əgər dərman vasitələri dövlət qeydiyyatına alınırsa, bu halda həmin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ölkəyə keyfiyyətsiz deyil, daha keyfiyyətli və daha ucuz dərmanların gətirilməsinə yol açacaq
Son illər Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.
Təbii ki, bütün bunlarla yanaşı, həlli vacib olan məsələlər də var. Bunlardan biri də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsidir. Məlum olduğu kimi, ölkəmizdə dərmanların dövriyyəsi, istehsalı və istehlakı məsələləri “Dərman vasitələri haqqında” Qanunla tənzimlənir. Və Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin yaz sessiyasında bu qanuna əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, dərmanların qiymətlərinin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilməlidir. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, indiyə qədər qiymətlər bazar münasibətləri çərçivəsində tənzimlənirdi. Amma son illərin təcrübəsi göstərdi ki, bazar münasibətlərində süni surətdə qiymət artırılması halları baş verir, dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Eyni zamanda, dərmanların bahalığı əhali üçün çətinliklər törədirdi. Bununla yanaşı, dərmanların keyfiyyəti məsələsində də problemlər var idi. Ona görə də, Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi istiqamətində sistemli iş apardı. Bununla yanaşı, dərman vasitələrinin keyfiyyətinə nəzarət məsələsində də hökumət ciddi addımlar atmaqdadır.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının bu il iyulun 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Belə ki, Tarif (qiymət) Şurasının avqustun 25-də keçirilən növbəti iclasında daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
Ümumiyyətlə, qeyd edilənlər əhalinin dərman təminatının yaxşılaşdırılması sahəsində mühüm addım olmaqla yanaşı, eyni zamanda, dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması, həmçinin, dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, bu siyahıya daha keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək.
Onu da qeyd edək ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Eyni zamanda, Nazirliyin dərman vasitələri sahəsində milli tənzimləyici qurumu olan Analitik Ekspertiza Mərkəzi istehsal müəssisələrində yoxlamalara başlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən təlim keçmiş və müvafiq sertifikatlar almış istehsalat müfəttişləri hazırlanıb. Yoxlama zamanı xammalın keyfiyyəti, avadanlıqlar, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası və sənədləşdirmə sisteminin DST-nin Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice - GMP) standartlarına uyğunluğu araşdırılır.
Satışa çıxarılmazdan əvvəl dərman vasitəsinin keyfiyyətinin yoxlanılması da mühüm məsələdir. Belə ki, “Dərman vasitələri haqqında” Qanuna görə, dərman vasitəsi, ilk növbədə, dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış laborator tədqiqatlar şöbəsinə təhvil verilir. Müvafiq yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir.
Son bir neçə ay ərzində laboratoriya tərəfindən 6 preparatın seriyasında normativ sənədlərin tələblərinin pozulduğu aşkarlanıb və satışına qadağa qoyulub. Görülən bütün bu tədbirlər əhalini keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələri ilə təmin etməyə xidmət edir. Yoxlamalar əhalinin sağlamlığının qorunması baxımından çox vacib məsələdir və daim davam etdiriləcək.
Bu arada isə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Trend”ə açıqlamasında deyib ki, artıq bir çox şirkətlər dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qərarın icra vaxtını gözləmədən Tarif (qiymət) Şurasının təsdiqlədiyi ucuz qiymətlərlə dərmanlarını satışa buraxıblar: “Lakin qərar sentyabrın 15-dən qüvvəyə minəcəyindən biz də nəzarət tədbirlərinə həmin vaxtdan başlayacağıq”.
P.Əzizbəyov bildirib ki, “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra dərman vasitələri dövlət tərəfindən tənzimlənən mallar siyahısına daxil edilib. Onun sözlərinə görə, sentyabrın 15-dən sonra apteklərdə hər hansı dərmanın çatışmazlığı ilə bağlı problem yaranmayacaq və belə bir narahatlığa əsas yoxdur: “25 təsiredici maddə üzrə müxtəlif ölkələrin istehsalı olan 1057 adda dərman mövcuddur. Hər hansı bir dərman olmadıqda həmin tərkibdə, həmin təsiredici maddə ilə digər ölkələrin bir neçə adda dərmanı olacaq. Bu da bazarda hər hansı bir qıtlığın yaranmasına imkan verməyəcək. Hər hansı bir səbəbdən hansısa dərman 1-2 gün olmaya bilər, amma həmin təsiredici maddəyə malik digər ölkələrin dərmanları var. Belə olduqda pasiyent müalicə həkimi ilə məshləhətləşərək həmin tərkibdə başqa ölkənin dərmanını ala bilər”.
P.Əzizbəyov deyib ki, bu qərarın tətbiqindən sonra ölkənin dərman bazarına daha keyfiyyətsiz dərmanların yol açacağı barədə səslənən fikirlər də düzgün deyil. Onun sözlərinə görə, əgər dərman vasitələri dövlət qeydiyyatına alınırsa, bu halda həmin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ölkəyə keyfiyyətsiz deyil, daha keyfiyyətli və daha ucuz dərmanların gətirilməsinə yol açacaq: “Dərmanın keyfiyyətinin təminatçısı onun dövlət qeydiyyat vəsiqəsidir. Əgər dərman vasitəsi dövlət qeydiyyatına alınıbsa, onun adı dövlət reyestrinə daxil edilibsə, hər hansı problem ola bilməz. Şirkətlər də, idxalçılar da çalışacaqlar ki, təsdiq edilmiş qiymət çərçivəsində ölkəyə daha keyfiyyətli dərman idxal etsinlər. Bununla da daha yaxşı gəlir götürə bilsinlər”.
İnspeksiya rəisi əlavə edib ki, yeni qərarın tətbiqi həm də həkimlə dərman şirkətləri arasında olan sövdələşmələrlə mübarizə sahəsində Səhiyyə Nazirliyinə əlavə imkanlar yaradacaq: “Nazirlik həmişə dərmanlarla bağlı həkimlə şirkət arasında olan sövdələşmələrə qarşı mübarizə aparıb. Bu sahədə olan neqativ halların aradan qaldırılması üçün dərman şirkətlərinin nümayəndələrinin iş vaxtı ərzində tibb müəssisələrinə girişi qadağan edilib. Qiymətin tənzimlənməsi əhali üçün müsbət haldır ki, bütün apteklərdə eyni dərman eyni qiymətə satılacaq. Yəni xəstə heç bir yerə yönləndirilməyəcək. Xəstə ona yaxın ünvandan lazım olan dərmanı təsdiq olunmuş qiymətlə alacaq. Qiymətlər də açıq informasiya formasında həm Tarif (qiymət) Şurasının, həm Səhiyyə Nazirliyinin, həm də İqtisadiyyat və Sənaye Nazirliyinin internet saytında yerləşdirilib. Pasiyent dərmanı almamışdan əvvəl də qiyməti açıq informasiya şəklində əldə edə bilər. Bu, öz növbəsində, ictimai nəzarəti də təmin edəcək”.
P.Əzizbəyov bildirib ki, sentyabrın 15-dən sonra Analitik Ekspertiza Mərkəzi ilə İqtisadiyyat və Səhiyyə Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti arasında bağlanmış anlaşma memorandumu əsasında birgə nəzarət tədbirləri həyata keçiriləcək. Bu tədbirlər bütün dərman vasitələrinin qiymətləri tənzimlənənə kimi və ondan sonra da davam etdiriləcək.
Öz növbəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bu yöndə verilən qərarların vətəndaşların maraqlarına uyğun olduğunu deyib. Onun sözlərinə görə, dərmanların qiymətlərinin tənzimlənməsi, ilk növbədə, bu sahədə möhtəkirliyin qarşısını alacaq, ölkənin hər yerində eyni dərman eyni qiymətə satılacaq. Ən əsası isə, dərmanların qiyməti daha da ucuzlaşacaq. Onun fikrincə, müvafiq qurumların dərman vasitələrinin keyfiyyətinə nəzarəti gücləndirməsi də çox əhəmiyyətlidir və görülən işlər bu sahədə çox müsbət dəyişikliklər yaradacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01

