KIVUNIM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyəti ilk dəfə Azərbaycana gəlib
06.12.2016 [09:57]
ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən KIVUNIM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyəti “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsi çərçivəsində dekabrın 5-də ilk dəfə Azərbaycana gəlib. Bu layihənin ideya müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı Arye Qutdur.
Onun sözlərinə görə, bir ay əvvəl KIVUNIM tələbələri qarşısında Azərbaycan haqqında üçsaatlıq mühazirə oxuyandan sonra ağlına “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsini həyata keçirmək və bu gözəl tələbələri Azərbaycana gətirmək ideyası gəlib. A.Qut vurğulayıb: “Mühazirəm çərçivəsində tələbələrə müasir Azərbaycanın islam dünyasında inkişaf və tərəqqi mayakı, həqiqi sivilizasiyalararası və konfessiyalararası dialoq, habelə multikulturalizm və tolerantlıq nümunəsi olmasından danışdım. Müasir və müstəqil Azərbaycan haqqında bu həqiqətləri yəhudi mənşəli amerikalı tələbələrə çatdırmaq mənim üçün vacib məsələ idi, çünki Amerika yəhudi diasporunun gələcək real və bacarıqlı liderləri onlardır. Mühazirəm böyük uğur qazandı, mən tələbələrin gözündə Azərbaycana maraq gördüm və “Azərbaycan dünyanın əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsini həyata keçirməyi onlara təklif etdim. Çox şadam ki, buna nail oldum. Tanınmış KIVUNIM Amerika-İsrail akademik təşkilatının 50 tələbədən ibarət nümayəndə heyəti bu gün ilk dəfə Azərbaycana səfərə gəlib”.
A.Qut vurğulayıb ki, KIVUNIM Amerika-İsrail akademik təşkilatının əsas məqsədi Amerika yəhudi diasporunun gələcək liderlərinə daha geniş və dəqiq informasiya vermək, gənc liderlərin dünyaya daha real baxmalarına nail olmaqdır. A.Qut deyib: “Bundan əlavə, tələbələrə yəhudilərin tarixi və dini ənənələri barədə məlumat verilir. KIVUNIM-un əsas məqsədlərindən biri amerikalı tələbələri İsrail ilə, habelə yəhudi xalqına və İsrail Dövlətinə dostcasına səmimi yanaşan ölkələrlə tanış etməkdir. Məhz Azərbaycan haqqında üçsaatlıq mühazirəmdən sonra tələbələr və KIVUNIM-un rəhbərləri - Piter Hefen və Cey Liberman tərəfindən Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin “Odlar Yurdu”na ilk tarixi səfərini təşkil etmək barədə qərar qəbul edilib”.
Qeyd edək ki, Amerikanın yəhudi diasporunun tələbə və gənc liderlərdən ibarət nümayəndə heyətində ABŞ-ın “University of Michigan”, “Emory University”, “University of Maryland”, “Washington University in St. Louis”, “University of Illinois”, “SUNY Binghamton”, “Colby College”, “Ithaca College”, “Columbia University”, “University of California at Berkeley”, “McGill University” kimi ali məktəblərinin tələbələri təmsil olunub.
Planlaşdırıldığına görə, KIVUNIM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyəti siyasi və ictimai xadimlərlə görüşəcək, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mütəxəssislərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı qırğını və soyqırımı, Ermənistanın Azərbaycana təcavüzü haqqında mühazirələrini dinləyəcək, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və “ADA” Universitetində olacaq, Azərbaycanın müsəlman, yəhudi və xristian icmalarının liderləri ilə görüşəcəklər.
Amerikalı tələbələr Şəhidlər xiyabanını ziyarət edəcək, paytaxt Bakının görməli yerləri ilə tanış olacaqlar.
Nümayəndə heyəti Azərbaycanın Quba rayonunda məşhur Qırmızı Qəsəbəyə də gedəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

