Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Kulinariya komandamızın "Super Sun"la birgə növbəti uğuru

Milli Kulinariya komandamızın "Super Sun"la birgə növbəti uğuru

07.05.2018 [11:56]

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyədə təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında iştirak edib. Afyon şəhərində təşkil edilmiş kulinariya festivalında uğurla çıxış edən aşpazlarımız daha sonra İzmir şəhərinə yola düşüblər. Burada müxtəlif siniflər üzrə təşkil edilmiş və 41 ölkənin qatıldığı yarışda komandamız 7 qızıl, 1 gümüş medal qazanaraq növbəti dəfə ölkəmizə uğurlu nəticə ilə qayıdıb.
Yarışda iştirak etmiş kulinarlar yeməklərin "Super Sun" yağı ilə bişirilməsinin komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd edək ki, "Azərsun Holdinq"ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkədaxili tələbatı ödəməklə bərabər, həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31