Sellofan paketlər pullu oldu
16.02.2023 [10:39]
Qiyməti isə...
Nicat Dilqəmli
Gündəlik alış-veriş zamanı alınan məhsulları yığmaq üçün tez-tez istifadə edilən sellofan torbalara görə artıq əlavə ödəniş tələb olunur. Bu göstəriş Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub. O da vurğulanır ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Xatırladaq ki, polietilen torbaların ödənişli olmasına dair müvafiq göstəriş, onu zəruri edən amillər və bu qərarın müsbət təsirləri ilə bağlı geniş araşdırma yazısını 4 fevral tarixli buraxılışımızda oxucuların ixtiyarına vermişdik. İndiki yazıda isə vətəndaşlarımızı düşündürən digər mətləblərə aydınlıq gətirməyə çalışacağıq. Dünəndən etibarən sosial şəbəkələr üzərindən ünvanlanan sualların əksəriyyəti sellofan paketlərin (torbaların) istifadəsi üçün tələb olunacaq ödənişin məbləği ilə bağlıdır. Bu isə təsadüfi deyil. Çünki artıq mağazalarda müştərilərə verilən qəbzlərə müştəri paketi kimi ayrıca məhsul, onun sayı, qiyməti əlavə olunub. Qiymətlər isə 1, 3 və 5 qəpik arasında dəyişir.
Bu qiymətlər nəyə əsasən müəyyən edilir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir: “Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib: “Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər”.
6 min manatlıq cərimə
Məlumatda o da diqqətə çatdırılır ki, “Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Əks halda, bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir”.
Sellofan paketlərdən istifadəyə görə əlavə ödənişin alınması qərarını mütəxəssislər yüksək qiymətləndirirlər. Ekspertlər bunu həmin torbaların üzərində zərərli kimyəvi maddələrin olması, başqa sözlə, həmin maddələrin insan orqanizminə mənfi təsirlər göstərməsi və həm də ekologiya və ətraf mühitin qorunması baxımından faydalı hesab edirlər. Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qərarın əhəmiyyətindən və bu göstərişin verilməsini şərtləndirən amillərdən söz açıb. AİB sədri deyir ki, polietilen paketlərin ödənişli olması çox müsbət haldır: “Eyni zamanda, bu paketlərin üzərində yazıların olmaması, şəffaf olması da şərtdir. Çünki həmin torbaların üzərində çap edilən yazılar ağır metallardır və əhali tərəfindən evlərə daşınır. Biznes qurumlarının reklamlarını evlərimizə daşıyırıq. Belə olan halda, əlbəttə ki, ətraf mühiti ancaq plastik tullantılarla yox, həm də yazılarda olan ağır metallarla zəhərləyirik”.
Onu da xatırladaq ki, statistikaya görə, hər il okeana 7 milyon tona qədər zibil atılır və bunun nəticəsində su üzərinin təxminən 1/4 hissəsi plastiklə örtülüb. Belə olan halda isə okeanda hər il yüz minlərlə canlı məhv olur. Bundan başqa, içərisinə yerləşdirilən qida məhsullarının bu torbalarla kimyəvi reaksiyaya girməsi və eyni zamanda, havasızlıq nəticəsində tərkibinin dəyişilməsi ilə bərabər belə paketlər torpaq qatına, təbiətə də ciddi ziyan vurur. Odur ki, bu məsələdə bütün vətəndaşlar vahid bir mövqe sərgiləyərək sellofan paketlərdən istifadədən birmənalı şəkildə imtina etsələr, dünyamız bu cür xoşagəlməz problemlərlə üz-üzə qalmaz.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

