Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Turizmdən gələn gəlir 10 milyard manata çata bilər

Turizmdən gələn gəlir 10 milyard manata çata bilər

13.09.2023 [12:03]

Şahanə Xankişiyeva

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda  bu ilin 8 ayında ölkəmizə 1 milyon 344 mindən çox turistin səfəri baş tutduğunu bildirib: “Bizim əsas məqsədimiz ölkə turizmini inkişaf etdirməkdir.  İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır. Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir", - deyə F.Nağıyev bildirib.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”la fikirlərini bölüşən turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, eyni zamanda təhlükəzliyin yüksək səviyyədə qorunub saxlanılması əsas verir ki, ölkəyə turist axını sürətlənsin.

“Bunu davamlı etmək üçün Turizm Agentliyi müxtəlif tədbirlər planı həyata keçirir.

İstənilən halda ölkəyə gələn turist aşağı və ya yuxarı büdcədən asılı olmayaraq müəyyən vəsait xərcləyir. Və bizə də gələn turistlərin sayı daha çox vacibdir.  

Hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işləri aparılır. Yol infrastrukturları yenidən tikilir. Eyni zamanda, Zəngilanda yerləşən müalicəvi sanatoriyalar, yeni tikilən hava limanı, həmçinin yeni layihələr turist axımının artımına səbəb olacaq. Məsələn, 500000 turist sayını, irəliləyən zamanda 1000000-a çatdırmaq lazımdır. Ona görə də fikirləşirəm ki, Fuad Nağıyevin açıqladığı rəqəmlərin reallığı mümkündür.”

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30