Sağlam cəmiyyətin qarantı...
16.09.2023 [11:40]
Nikahdan əvvəl tibbi müayinələr artırılacaq
Gələcək nəsillərin sağlam olması bu gün qurulan ailələrdən asılıdır. Çünki valideynlərin sağlamlığı onların gələcək övladlarının da sağlamlığına təsir edir. Milli genefondun qorunmasını dövlətin əsas prioritetləri sırasında görən ölkələr bu məqsədlə davamlı olaraq müxtəlif proqramlar həyata keçirirlər.
Qeyd edək ki, dövlətimiz üçün də milli genefondun qorunması, əhalinin sağlamlığının təmin olunması, cəmiyyətdə sağlam ailələrin formalaşması əsas prioritet məsələlərdəndir. Mütəxəssislər də hesab edirlər ki, nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu müayinələrin keçirilməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır.
Nazirlər Kabinetinin (NK) yeni sərəncamına əsasən, nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq. Sərəncamda qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq. Tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək. Digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.
Ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Sahib Altay hesab edir ki, bu addım gələcək nəslin sağlamlığına hesablanıb. Onun sözlərinə görə, nikahdan öncə tibbi müayinələrin hərtərəfli və geniş aparılması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir: “NK-nın yeni qərarı göstərir ki, ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir. Əslində, evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir. Amma təəssüf ki, bəzən cəmiyyətimizdə bir çoxları bu yoxlamalardan uzaq durur. Azərbaycan mühitində ailələr çox zaman yalan üzərində qurulur. İstər ailələrin sosial vəziyyəti ilə bağlı, istərsə də evlənməyə hazırlaşan cütlüklərlə bağlı. Ailələr var ki, qızının ya da oğlunun, məsələn, ürək çatışmazlığı olduğunu qarşı tərəfə demir. Hətta övladlarının pis vərdişlərini gizlədən ailələr də olur. Nə qədər belə faktlar var ki, evlənəndən sonra oğlanın, hətta bəzən qızların da narkotik aludəçisi olduğu üzə çıxıb, ailələr dağılıb, nəsillər arasında düşmənçilik yaranıb”.
Sağlam ailənin təməli sağlam evliliklə qoyulur
Sosioloqun sözlərinə görə, ailələr var ki, müxtəlif irsi xəstəliklər üzündən xəstə uşaqlar dünyaya gəlir: “Bəzən müxtəlif yoluxucu xəstəliklər üzündən ər və arvad arasında birgə yaşayışda problemlər ortaya çıxır və bunlar boşanma ilə nəticələnir. Bunu düşünən insan özünün də, həyatını bağlamağı düşündüyü insanın da sağlamlığına laqeyd qalmamalıdır. Evlənən cütlüklər ailənin və gələcək nəslin sağlamlığını düşünməlidir. Ailə quranlar anlamalıdırlar ki, sağlamlıq ailə həyatında ən önəmli məsələdir. Həmçinin doğulacaq uşaqların da gələcəyinin sağlam və ya qeyri-sağlam olacağı bu gün qurulan ailədən asılıdır. Ailə qurmaq yalnız iki nəfərin birgə yaşayışından ibarət deyil. Ata da, ana da övladlarının qatilinə çevrilməməlidirlər. Hansısa xəstə cütlükdən sabah xəstə uşaq dünyaya gələcəksə, bunun günahkarı da valideynlər olacaq, bədəlini də onlar ödəyəcəklər. Bu baxımdan ailə quran şəxslərin bu məsələdə diqqətli olması vacibdir”.
Vaxtında aşkar edilərsə...
Həkim-genetik Ömər Məmmədxanlının sözlərinə görə, xəstəliklərin vaxtında aşkar olunması problemin tez aradan qaldırılması üçün çox əhəmiyyətlidir. Genetik qeyd edib ki, bəzən ailə quran cütlüklərdən biri qarşı tərəfdə olan xəstəliklər haqqında yalnız evləndikdən sonra xəbər tutur: “Bu isə sonradan onların özləri və ailələri arasında narazılıqlara gətirib çıxarır. Məhz bu səbəbdən, bir çox irsi genetik xəstəliklərin qarşısının alınması üçün nikah öncəsi tibbi müayinələrdən keçmək vacibdir.
Əvvəllər insanlar nikah öncəsi yoxlanmırdılar. Məsələn, yalnız talassemiyalı uşaq doğulandan sonra valideynlər gedib yoxlanırdı və bu zaman aydın olurdu ki, hər iki valideyn talassemiya daşıyıcısıdır. Talassemiya proqramı çıxdıqdan sonra nikaha girənlərin yoxlanışı proqrama daxil oldu, belə aşkarlanma da təbiidir. Yəni bu yoluxucu, keçici xəstəlik deyil. Sadəcə olaraq, talassemiya irsi yolla sonrakı nəsillərə ötürülə bilər. O baxımdan da talassemiyalı uşaqlar ana bətnində təyin oluna bilir. Əgər uşaq talassemiyalıdırsa, onun doğuşuna icazə verilmir. Talassemiya daşıyıcıları evlənincə, bu xəstəlik daşıyıcısı olan uşaqların da doğulma şansı çoxdur”.
Müayinənin nəticələri həkim sirridir
Genetik qeyd edib ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Onun sözlərinə görə, bu müayinələrin artırılması, ixtioz və bullyoz epidermoliz kimi xəstəliklərin də yoxlanılması təqdirəlayiq haldır: “Müayinənin nəticələri həkim sirridir. Ona görə də nikaha daxil olmaq istəyən şəxslər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 Sentyabr 13:09

Sosial
30 Sentyabr 12:51

Xəbər lenti
30 Sentyabr 12:49

Xəbər lenti
30 Sentyabr 12:43

Xəbər lenti
30 Sentyabr 12:06

Sosial
30 Sentyabr 12:00

Xəbər lenti
30 Sentyabr 11:58

Xəbər lenti
30 Sentyabr 11:51

Ədəbiyyat
30 Sentyabr 11:40

MEDİA
30 Sentyabr 11:35

Siyasət
30 Sentyabr 11:22

Analitik
30 Sentyabr 11:10

Xəbər lenti
30 Sentyabr 11:04

İqtisadiyyat
30 Sentyabr 11:00

Xarici siyasət
30 Sentyabr 10:55

Xarici siyasət
30 Sentyabr 10:40

Xəbər lenti
30 Sentyabr 10:30

Siyasət
30 Sentyabr 10:20

Siyasət
30 Sentyabr 10:10

Siyasət
30 Sentyabr 10:00

Xəbər lenti
29 Sentyabr 21:27

Maraqlı
29 Sentyabr 20:14

Xəbər lenti
29 Sentyabr 20:06

Xəbər lenti
29 Sentyabr 19:37

Xəbər lenti
29 Sentyabr 19:26

Xəbər lenti
29 Sentyabr 18:23

Xəbər lenti
29 Sentyabr 17:49

Xəbər lenti
29 Sentyabr 17:20

Xəbər lenti
29 Sentyabr 16:55

Xəbər lenti
29 Sentyabr 16:46

Xəbər lenti
29 Sentyabr 16:45

Xəbər lenti
29 Sentyabr 16:36

Maraqlı
29 Sentyabr 16:33

Xəbər lenti
29 Sentyabr 16:23

Xəbər lenti
29 Sentyabr 16:20

Xəbər lenti
29 Sentyabr 16:18

Xəbər lenti
29 Sentyabr 15:57

Xəbər lenti
29 Sentyabr 15:49

Xəbər lenti
29 Sentyabr 15:32

Siyasət
29 Sentyabr 15:30

Xəbər lenti
29 Sentyabr 15:21

Gündəm
29 Sentyabr 15:18

Xəbər lenti
29 Sentyabr 14:04

Maraqlı
29 Sentyabr 14:02

Gündəm
29 Sentyabr 13:51

Xəbər lenti
29 Sentyabr 13:50

Xəbər lenti
29 Sentyabr 13:48

Xəbər lenti
29 Sentyabr 13:45

Xəbər lenti
29 Sentyabr 13:42

İqtisadiyyat
29 Sentyabr 13:40

Siyasət
29 Sentyabr 13:37

Xəbər lenti
29 Sentyabr 13:15

Xəbər lenti
29 Sentyabr 13:07

Gündəm
29 Sentyabr 13:04

Xəbər lenti
29 Sentyabr 12:56

Maraqlı
29 Sentyabr 12:42

Xəbər lenti
29 Sentyabr 12:27

Xəbər lenti
29 Sentyabr 12:24

Xəbər lenti
29 Sentyabr 12:12

Dünya
29 Sentyabr 12:10

Xəbər lenti
29 Sentyabr 12:00

Xəbər lenti
29 Sentyabr 11:52

Müsahibə
29 Sentyabr 11:45

Sosial
29 Sentyabr 11:34

Xəbər lenti
29 Sentyabr 11:30

Xəbər lenti
29 Sentyabr 11:26

İqtisadiyyat
29 Sentyabr 11:25

Xəbər lenti
29 Sentyabr 11:23

Gündəm
29 Sentyabr 11:21

Sosial
29 Sentyabr 11:19
