Risk var?
17.01.2024 [12:29]
Bu dərmanlar hormonal pozğunluğa səbəb olur
Günel ABBAS
Adətən insanlar yüksək dozada antibiotik qəbul etdikdən sonra göbələk xəstəliyinə yoluxmaqdan narahat olurlar. Buna görə də istər həkim tövsiyəsi ilə, istərsə də öz qərarları ilə müxtəlif dərman preparatları ilə birgə göbələk əleyhinə dərmanlardan da istifadə edirlər.
Əksər hallarda antibiotik istifadəsinin üçüncü günündən başlayaraq bəzi həkimlər də göbələk əleyhinə dərmanların istifadəsini tövsiyə edirlər. Səbəb olaraq bildirilir ki, bu preparatlar həm bədəndə olan zərərli mikrobları, həm də xeyirli hesab edilən mikrobları da məhv edə bilir. Belə olduqda pasiyentlərdə xəstəliyin ardından müxtəlif narahatlıqlar, göbələk kimi problemlər yarana bilir. Elə buna görə də həkim nəzarəti olmadan antibiotik istifadəsi məsləhət görülmür.
Yeri gəlmişkən, ötən günlərdə “Morbidity and Mortality Weekly Report” (MMWR) jurnalının dərc etdiyi araşdırmada göbələk əleyhinə preparatların risklərindən söz açılıb. Məqalədə bildirilib ki, dəri üçün göbələk xəstəliyi əleyhinə dərmanların normadan artıq istifadəsi preparata davamlı mikrobların inkişafına və hormonal pozğunluqlara səbəb ola bilər.
Qeyd edək ki, Cənub-Şərqi Asiyada məlhəm və həblər də daxil olmaqla dərmanlardan istifadənin bir sıra fəsadları qeydə alınıb. Oxşar infeksiyalar ABŞ-ın 11 ştatında aşkar edilib. Yeni araşdırma göstərib ki, onların ortaya çıxması göbələk xəstəliyi əleyhinə dərmanların həddindən artıq istifadəsi ilə əlaqəli ola bilər.
Alimlər ABŞ-da tərkibində ketokonazol, nistatin və klotrimazol-betametazon maddələri olan göbələk infeksiyalarına qarşı dərmanlar üçün yazılmış reseptləri təhlil ediblər. Məlum oldu ki, təcili yardım otaqlarında həkimlər, dermatoloqlar və ortopedlər çox vaxt onları düzgün diaqnoz qoymadan təyin edirlər: onlar yalnız xəstəni müayinə edirlər, lakin infeksiyanı təsdiqləmək üçün testlər təyin etmirlər.
Maraqlıdır ki, həddindən artıq reseptlər ayrı-ayrı həkimlərlə əlaqələndirilirdi. 2021-ci ildə göbələk xəstəliyi əleyhinə resept yazanların 10%-i bu dərmanların təxminən yarısını təyin edib. Bundan əlavə, ən aktual göbələk xəstəliyi əleyhinə dərmanlar resept olmadan alına bilər, buna görə də onların faktiki istifadəsi daha da genişdir.
Alimlər hesab edirlər ki, xəstələr və həkimlər göbələk əleyhinə dərmanların həddindən artıq istifadəsinin təhlükələri barədə maarifləndirilməlidirlər. Klotrimazol-betametazonun intensiv istifadəsi hormonal problemlərə də səbəb ola bilər.
Göbələk xəstəliyinin əlamətləri…
Göbələk dəridə qızartı, qaşınma, iltihab və şişliklərlə müşahidə edilən yoluxucu xəstəlikdir. Bu infeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir. Əvvəlcə aydın sərhədləri varmış kimi görünən göbələk bədənin müxtəlif hissələrinə təsir etdikdə zamanla yayıla bilər. Bu halda infeksiya çox daha ağır simptomlarla irəliləyir. Göbələk xəstəlikləri daha çox dəridə ayaq, dırnaq, qasıq və saç kimi nahiyələrdə əmələ gəlir. Bununla belə nadir hallarda da olsa, dil və limfa düyünlərinə də təsir edə bilir.
Mütəxəssislər nə deyir?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”la fikirlərini bölüşən pediatr Vaqif Qarayev bildirib ki, antibiotik preparatlarından istifadə edərkən paralel şəkildə, yaxud sonradan göbələk əleyhinə dərmanların qəbuluna ehtiyac yoxdur: “Antibiotik qəbul edərkən göbələk yaranmasın deyə həkimlər bununla yanaşı göbələk əleyhinə preparatlar da məsləhət görürlər. Bəzi hallarda bu qaydanı mütləq bilib, özbaşına həmin dərmanları qəbul edən pasiyentlər də var. Lakin araşdırmalar göbələk əleyhinə olan (antifunqal) dərmanların qəbulunun göbələk yaranmamasına təsir etmədiyini göstərir. Tam əksinə, göbələk əleyhinə preparatlar qəbul edəndə orqanizmdə göbələk yaranırsa, bu həmin preparatlara (antifunqala) qarşı davamlılığa (rezistentlik) gətirib çıxarır. Və bu da müalicəni çətinləşdirir. Vətəndaşlara məsləhət görürük ki, antibiotiklərin istifadəsi zamanı göbələk əleyhinə dərmanların qəbulunu həkimin məsləhəti olmadan qəbul etməsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

