İstehlakçıların hüququ necə qorunur?
15.03.2024 [11:05]
Qanunvericilik mükəmməl, icra mexanizmi isə zəifdir...
Marketlərdə saxta və keyfiyyətsiz malların, həmçinin vaxtı keçmiş qida məhsullarının satışı hər bir istehlakçını narahat edir. Alıcıların bu narahatlığı əbəs deyil. Bəzi mağazalarda istifadə müddəti keçmiş məhsulların üzərinə yeni istifadə tarixləri qeyd olunaraq təkrar satılır. Etiraf edək ki, bütün alıcılar əldə etdikləri məhsulun istifadə tarixinə fikir vermirlər. Nəticədə xoşagəlməz halların yaşanması qaçılmaz olur.
Təbii ki, bu gün istehsalda baş verən inkişaf istehlakçıya təqdim olunan məhsul növünü və çeşidini artırıb. Bu da bizə sərbəst seçim imkanı verir. Amma bəzən seçdiyimiz məhsul və ya xidmətin xüsusiyətləri ehtiyacımızı, ya da verdiyimiz pulun dəyərini ödəmir.
Xatırladaq ki, 1995-ci il sentyabrın 19-da Azərbaycanda BMT tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Bu qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin mexanizmini müəyyənləşdirir. Qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.
Hüququ pozulan istehlakçı nə etməlidir?
Hüquqşünas Nadir Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son zamanlar mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan, müxtəlif qatqılı ərzaq və qeyri-ərzaq malları hamını narahat edir: “Dünyanın sivil dövlətləri, o cümlədən Azərbaycan istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək yollarını təkmilləşdirir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Onların tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin alıcılara dəymiş mənəvi zərərin də ödənilməsini həll edir. İstehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir”.
Məhsulu dəyişdirmək və geri qaytarmaq hüququ...
Hüquqşünas qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı aldığı malı istifadə etməyibsə, onun əmtəə görünüşü dəyişməyibsə, plombu, yarlığı cırılmayıbsa, zədələnməyibsə, dəyişdirilməsi və ya qaytarılması mümkün olmayan məhsulların siyahısına daxil deyilsə, həmin məhsulu 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilər: “Alıcının təkcə məhsulu dəyişdirmək yox, həm də geri qaytarmaq hüququ var. İstehlakçıların bu hüququnu məhdudlaşdırmaq olmaz. Əgər sahibkar hər hansı məhsulla bağlı bildirirsə ki, mən bu məhsulu dəyişdirə bilərəm, demək, o məhsulu qaytara da bilər. Lakin qaydalara uyğun olaraq, məhsulun dəyişdirilməsi və qaytarılması zamanı qəbz tələb edilir”.
Qəbz itirilibsə?
N.Məmmədovun sözlərinə görə, istehlakçı məhsulun həmin mağazadan alınmasını bu və ya digər formada sübut edərsə, onu geri qaytara bilər: “Məsələn, müəyyən mobil tətbiqlərdən istifadə etməklə alışın təsdiq olunması, SMS bildirişlərin gəlməsi və ya zəmanət talonunun olması, bir sözlə, məhsulun mağazadan alınmasını təsdiq edən hər hansı məlumatlar varsa, istehlakçı malın dəyişdirilmə və ya qaytarılmasını tələb edə bilər. Məhsulların hansı mağazadan alınmasını hətta şahid ifadələri ilə də təsdiq etmək mümkündür. Mağaza tərəddüd edirsə, o zaman satış vaxtına uyğun olaraq kamera görüntüsü və digər vasitələrlə də satışın həyata keçirildiyi müəyyən edilə bilər”.
600 manatdan 900 manata qədər cərimə
Hüquqşünas qeyd edib ki, sahibkarlar malın dəyişdirilmə, qaytarılma qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, 600 manatdan 900 manata qədər cərimələnirlər: “ “Satılan məhsul 14 gündən sonra heç bir halda qaytarılmır” demək də yanlışdır. Məhsulda istehsal xarakterli qüsur olarsa, istehlakçı hətta məhsuldan istifadə etsə belə, onu qaytara və ya dəyişdirə bilər. Zəmanət müddəti ərzində məhsulda istehsal xarakterli hər hansı qüsur aşkar edilərsə, o dəyişdirilə, yaxud qaytarıla bilər. Mülki qanunvericiliyə uyğun olaraq, istehlakçı zəmanət müddəti müəyyən olunmayan məhsulda istehsal xarakterli qüsurun olduğunu sübut edə bilsə, 2 il ərzində onun dəyişdirilməsini və ya qaytarılmasını tələb edə bilər. Mövcud praktika ondan ibarətdir ki, geyim əşyalarına zəmanət verilmir. Lakin burada da əsas məqam ondan ibarətdir ki, pozuntunun və ya məhsulda olan qüsurların istehsal xarakterli olub-olmaması barədə müvafiq araşdırma aparıb rəy verilməsi vəzifəsi sahibkarın üzərinə düşür. Sahibkar hər hansı istehsal xarakterli qüsurun olduğunu aşkar edərsə, istehlakçının tələbini təmin etməlidir. İstehsal xarakterli qüsur dedikdə, istehsal prosesində əvvəlcədən müəyyən olunmuş tələblərdən kənara çıxma, onun təyinata uyğun istifadə edilməsinin mümkünsüzlüyü, hər hansı bir zədənin olması, hər hansı bir funksiyanın işləməməsi və ya hər hansı bir hissəsinin düzgün tikilməməsi və s. başa düşülür”.
Qeyd edək ki, martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı ilk tələb 1962-ci il martın 15-də ABŞ prezidenti Con Kennedi tərəfindən irəli sürülüb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

