Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağstafada Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

Ağstafada Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

11.06.2024 [16:10]

11 iyun 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayon üzrə sektorunun, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Heydər Əliyev Mərkəzinin, “Ağstafa Sukanal Sahəsi”, “Ağstafaçay Hidroqovşaq İstismar idarəsi”, “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatlarının və Regional İnkişaf İctimai Birliyinin iştirakı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı filmin təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildirib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Daha sonra çıxış edən natiqlər – Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayon üzrə sektorunun əməkdaşı Pərvin Gözəlov,  Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Kifayət Əliisgəndərova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə İsgəndərli və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllüsü Cəbrayıl Bayramov Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən və tariximizə ulu öndər Heydər Əliyev tərəfindən qızıl hərflərlə həkk olunan 15 İyun – Milli Qurtuluş Günü haqqında geniş məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 342 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Analitik

100 illik saziş...

18 Yanvar 10:18

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Yanvar 09:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31