Şuşa Bəyənnaməsi Cənubi Qafqazda sülhün qarantıdır
11.06.2024 [16:40]
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən danışarkən ilk növbədə bu tarixi sənədin Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olduğunu qeyd etmək lazımdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən müddət ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Xüsusi olaraq bu məqamı da qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini bir daha nümayiş etdirir.
Şuşa Bəyannaməsində xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid yarandığı və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilmələri nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regioanunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri də məhz Şuşa Bəyannaməsinin həm də regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir və Azərbaycan ilə Türkiyə arasında yeni əməkdaşlıq formatının yeni iqtisadi perspektivlərini ortaya çıxarır.
Xəbər lenti
Hamısına bax
Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15

Elm
24 Mart 12:46

Xəbər lenti
24 Mart 12:15

Xəbər lenti
24 Mart 11:50

Xəbər lenti
24 Mart 11:25

Xəbər lenti
24 Mart 10:55

Dünya
24 Mart 10:20

Hadisə
23 Mart 23:34

Sosial
23 Mart 22:41

Dünya
23 Mart 21:18

Dünya
23 Mart 20:31

Dünya
23 Mart 19:26

Dünya
23 Mart 18:51

İdman
23 Mart 18:45

Dünya
23 Mart 17:22

Dünya
23 Mart 16:53

Dünya
23 Mart 16:40

Sosial
23 Mart 15:34

Dünya
23 Mart 15:29

Dünya
23 Mart 14:43

Dünya
23 Mart 13:38

Dünya
23 Mart 12:27

Dünya
23 Mart 11:42

Gündəm
23 Mart 11:17

Sosial
23 Mart 11:15

İdman
23 Mart 10:47

Sosial
23 Mart 10:23

Dünya
23 Mart 09:52

Siyasət
23 Mart 09:37

Dünya
23 Mart 09:11

Dünya
23 Mart 08:54

Dünya
23 Mart 08:30

Siyasət
23 Mart 08:19

Dünya
23 Mart 07:16

Dünya
22 Mart 23:41

Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:43

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03
