/ / Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir
Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir
18.07.2025 [21:48]
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” – Ulu Öndər Heydər Əliyev
“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.” – Prezident İlham Əliyev
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. Zərdabi işığını görən, milli mətbuatın inkişafının zərurətini anlayan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev öz hakimiyyəti dövründə bu sahədə ciddi islahat tədbirləri görmüşdür. “Əkinçi” günəşinin solmaması üçün əlindən gələni edən əbədiyaşar mütəfəkkir 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra ölkənin mətbuat siyasətində də mühüm dəyişikliklər baş verdi. Bu dövrdə mətbuatın azadlığı və müstəqilliyin təmin edilməsi üçün əmin addımlar atıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışlarında demokratik prinsiplərə sadiq qalaraq, mətbuatın cəmiyyət üçün əhəmiyyətli bir güc olduğunu və onun müstəqil fəaliyyət göstərməsinin vacibliyini vurğulayırdı. Mətbuatın inkişafı ilə yanaşı Ulu Öndər Heydər Əliyev jurnalistlərin peşəkarlığının artırılması və onların sosial müdafiəsinin təmin edilməsi üçün də müxtəlif tədbirlər həyata keçirmişdir. O, jurnalistlərin təhsil səviyyəsinin yüksəldilməsi, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılması və sosial təminatlarının yaxşılaşdırılması üçün müxtəlif layihələr və proqramların başlanğıc təməllərini qoymuşdur.
Önəmli nüanslardan biri də İkinci Qarabağ Müharibəsi mövzusudur. İkinci Qarabağ müharibəsində Azərbaycan mediası mühüm rol oynadı və informasiya müharibəsində aktiv iştirak etdi. Azərbaycan televiziyaları, xəbər agentlikləri və onlayn platformalar müharibənin gedişi barədə müntəzəm məlumatlar yaydılar. Sosial media kanalları vasitəsilə hərbi uğurlar və erməni qüvvələrinin törətdiyi ziyanlar haqqında məlumatlar geniş auditoriyaya çatdırıldı. Rəsmi dövlət kanalları milli birlik və vətənpərvərlik ruhunu gücləndirmək üçün xüsusi proqramlar hazırladı. Mediada qəhrəman əsgərlərin hekayələri və mülki əhalinin dəstək aksiyaları geniş işıqlandırıldı. İnformasiya blokadasını yarmaq məqsədilə beynəlxalq media ilə sıx əməkdaşlıq edildi. Dezinformasiya və propaqanda ilə mübarizə aparmaq üçün sürətli və dəqiq informasiya təminatı həyata keçirildi. Müharibənin gedişi zamanı cəbhə bölgəsindən canlı yayımlar təşkil olundu. Azərbaycan mediası dünya ictimaiyyətini Ermənistanın hücumları və müharibə cinayətləri barədə məlumatlandırmağa çalışdı. Mətbuat müharibə dövründə həm də psixoloji dəstək verərək, xalqın moralını yüksək tutmağa kömək etdi.
Azərbaycan mətbuatı qələminin gücü ilə haqq savaşının sədasını dünyaya çatdırdı. Cəsur jurnalistlər, çətin şərtlərdə belə, həqiqəti axtarıb işıqlandırmaqdan geri durmadılar. Onların hər bir yazısı, bir millətin qürurunu və müqavimətini əks etdirən güzgü kimi idi. Sözlərin cəbhəsində savaşanlar, xalqın səsinə səs verərək tarix yazdılar. Bu mübarizənin hər sətiri, gələcək nəsillərə qəhrəmanlıq dastanı kimi yadigar qaldı.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

