Yeni Azərbaycan Partiyası inam və etimad ünvanıdır...
14.09.2026 [15:47]
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, YAP Nizami rayon təşkilatı hesabat dövründə fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramından irəli gələn vəzifələr, eləcə də yerli təşkilatlar haqqında Əsasnamənin müddəaları əsasında təşkil edib. Ötən müddət ərzində ərazi partiya təşkilatları arasında fəaliyyətin əlaqələndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması, təşkilati proseslərin daha çevik və məqsədyönlü şəkildə qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Eyni zamanda, partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, yeni üzvlərin partiya sıralarına cəlb edilməsi, gənclərin və qadınların ictimai fəallığının artırılması diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov çıxışında YAP-ın ölkənin ictimai-siyasi həyatındakı mövqeyinə, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə, partiyanın keçdiyi inkişaf yoluna və qarşıda duran vəzifələrə toxunub. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Həmçinin qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin edir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafındakı rolundan danışıb. O, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda qətiyyətlə addımlayan müasir Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını deyib. C.Cəbrayılov qeyd edib ki, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.
YAP Nizami rayon təşkilatına uzun illər rəhbərlik etmiş, Milli Məclisin sabiq deputatı Sədaqət Vəliyeva, “Azər Manafov küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, YAP Nizami rayon təşkilatının təsisçilərindən və ilk təsis iclasının iştirakçılarından biri, partiya veteranı Edilman Məmmədov, “Şirin Mirzəyev küçəsi 110” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva qeyd ediblər ki, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığı dövlət siyasətinin reallaşdırılması və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində mühüm rol oynayır.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov çıxışında Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra təşkilati sahədə görülən işlər, strukturun təkmilləşdirilməsi istiqamətində atılan addımlar və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas prioritetlər barədə məlumat verib. O qeyd edib ki, partiyanın ictimai dayaqlarının möhkəmləndirilməsi, yerli təşkilatların fəaliyyətinin səmərəli təşkili, üzvlərlə işin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətlə əlaqələrin daha effektiv qurulması ilə sıx bağlıdır.
Konfransda YAP Nizami rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45

