Nərimanov rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib
14.09.2026 [16:34]
Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə 2025/2026-cı tədris ilində Nərimanov rayon məktəbləri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, rayonun təhsil müəssisələrinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev məzunları əldə etdikləri yüksək nəticə münasibətilə təbrik edib, onların uğurunu yalnız şəxsi zəhmətin deyil, eyni zamanda ailənin, müəllimlərin və təhsil ictimaiyyətinin birgə əməyinin nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, son illərdə ölkəmizdə təhsilin inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması, onların müasir çağırışlara uyğun yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərin keyfiyyətli təhsil alması və gələcəkdə ölkənin inkişafına öz töhfələrini verməsi üçün geniş imkanlar yaradılıb. İcra başçısı yüksək nəticə göstərən məzunların qarşıda daha böyük məqsədlər qoymalı olduqlarını vurğulayaraq bildirib ki, 600-dən yüksək bal mühüm uğur olmaqla yanaşı, yeni mərhələnin başlanğıcıdır. E. Həbibullayev gənclərə seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis olmaq, daim öyrənmək, müasir bilik və texnologiyalara yiyələnmək və qazandıqları bilikləri ölkəmizin inkişafına yönəltmək tövsiyə edib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin təşkilat sədri təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsi olduğunu qeyd edib.
Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova çıxış edərək Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıblar. Qeyd ediblər ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir.
Natiqlər Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini bildiriblər, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatıdırıblar.
Görüşdə digər çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar. Tələbə adını qazanmış gənclər onlara yaradılan şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonda gənclərə Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatı tərəfindən hədiyyələr təqdim edilib və onlarla xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23

