Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ümummilli lider Heydər Əliyev Azərbaycanın hərtətəfli inkişafının əsasını qoyub

Ümummilli lider Heydər Əliyev Azərbaycanın hərtətəfli inkişafının əsasını qoyub

15.07.2014 [10:05]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı 14 iyul 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə geniş tədbir keçirib. Tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq Ulu öndərin fəaliyyəti dövründə gördüyü işlərdən, Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə baş verən müsbət dəyişikliklərdən söz açıb. F.Vəliyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın hərtətəfli inkişafının əsasını qoyub, böyük strateji layihələrin həyata keçirilməsinə başlayıb. Rayon təşkilatının sədri bu siyasətin hazırda da uğurla davam etdirildiyini bildirib.
YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Abdulla Sadıqov çıxışında Ulu öndər Heydər Əliyevin 1969-cu ildən həyata keçirdiyi layihələri, islahatları diqqətə çatdırıb. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının Mədəniyyət və Turizm şöbəsi İlk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev isə deyib ki, Azərbaycan 1970-ci illərin əvvəllərindən sürətlə inkişaf etməyə başlayıb. Ulu öndər Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişib, bütün infrastrukturu yenilənib, kənd təsərrüfatı modernləşdirilib, Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açılıb, milli-hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlayıb.
Tədbirdə, həmçinin, ilk partiya təşkilat sədrlərindən Nəriman Verdiyev, Cavanşir Yusifov, Vahid Verdiyev, İdris Əbdürrəhmanov və başqaları çıxış edərək bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən uzaqgörən siyasət nəticəsində respublikanın iqtisadi, elmi və kadr potensialı güclənib, bütün sahələrdə uğurlu addımlar atılıb. Qeyd olunub ki, dahi rəhbərin dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, respublikamızın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Paylaş:
Baxılıb: 814 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30