Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib

YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib

28.09.2017 [10:15]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə YAP Nizami rayon təşkilatının, Nizami rayon İcra Hakimiyyətinin və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.
Müsabiqənin əsas məqsədi rayonun incəsənət və təhsil nümayəndələrinin fırçası və qələmi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövrünü, partiyanın yaradıcısı böyük azərbaycanlı, Ümummilli liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımlamasını, ölkənin inkişafında YAP-ın oynadığı müstəsna rolu obrazlı şəkildə diqqətə çatdırmaqdır.
Müsabiqənin elan olunması ilə əlaqədar keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Ramil Vəlibəyov çıxış ediblər.
Müsabiqənin qalibləri YAP-ın 25-ci ildönümü münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaqlar.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30