Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Hacıqabul rayon təşkilatında partiyanın yaranmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

YAP Hacıqabul rayon təşkilatında partiyanın yaranmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

28.09.2017 [10:15]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü ilə bağlı partiyanın Hacıqabul rayon təşkilatında Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına Hacıqabul rayonunun Udullu kənd Mədəniyyət Evində “Yeni Azərbaycan Partiyası xalqın inam və güvənc yeridir” adlı tədbirlə start verilib.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov geniş məruzə ilə çıxış edib. O, partiyanın yaranma tarixindən söz açaraq YAP-ın ötən 25 ildə keçdiyi şərəfli inkişaf yolundan, partiyamızın dövlətimizin qüdrətlənməsi naminə gördüyü mühüm işlərdən danışıb. H.Bəşirov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı zamandan xalqın inam və güvənc yerinə çevrilib. Bu gün Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu siyasət kursunun həyata keçirildiyini deyən H.Bəşirov YAP Hacıqabul rayon təşkilatının da üzərinə düşən vəzifələri hər zaman yerinə yetirdiyini, fəaliyyətində aktivlik nümayiş etdirdiyini bildirib.
Məruzə ətrafında çıxış edən YAP Hacıqabul rayon təşkilatının Şura üzvü Əsabir Məmmədov, Əmrah Süleymanov, ilk partiya təşkilat sədrləri Vaqif Qocayev və Sərdar Hüseynov partiyamızın hər zaman milli maraqları qorumaq üçün səfərbər olduğunu, YAP-ın regionun ən böyük partiyasına çevrildiyini bildiriblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30