Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İmamverdi İsmayılov Masazır kəndində yerləşən Zəngilan şəhərciyində seçicilərlə görüş keçirib

İmamverdi İsmayılov Masazır kəndində yerləşən Zəngilan şəhərciyində seçicilərlə görüş keçirib

06.02.2020 [09:46]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi İmamverdi İsmayılovun Masazır kəndində yerləşən Zəngilan şəhərciyində seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Nizami Mönsümov qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat verib və əmin olduğunu bildirib ki, YAP bu seçkilərdə də uğur qazanacaq.
Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov ilk növbədə ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. İ.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət bütövlükdə Azərbaycan xalqı, ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir: “Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın bu dəfəki parlament seçkilərində də qələbəsi üçün başlıca təminatdır”.
Tədbirdə çıxış edən natiqlər seçiciləri fevralın 9-da İmamverdi İsmayılova səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30