Əfqanıstanda güclü zəlzələ: Ölənlərin sayı 920-yə çatıb

Əfqanıstanda güclü zəlzələ: Ölənlərin sayı 920-yə çatıb

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

“Report” Qətərin “Al Jazeera” televiziyasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb. 

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.