Putin və Lukaşenko hərbi əməliyyatların gedişini müzakirə ediblər

 Putin və Lukaşenko hərbi əməliyyatların gedişini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Ukraynadakı hərbi əməliyyatları müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, A.Lukaşenko Rusiyanın Ukraynada keçirdiyi əməliyyatları dəstəklədiyini bildirib.

V.Putin öz növbəsində əməliyyat tapşırıqlarının plana uyğun icra olunduğunu vurğulayıb.