Tramp: Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və İranın xahişi ilə hücum planları dayandırılıb

Tramp: Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və İranın xahişi ilə hücum planları dayandırılıb

ABŞ Prezidenti Donald Tramp İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının xahişi ilə İrana qarşı planlaşdırılan hücumların təxirə salındığını bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Vaşinqtona səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və İran məndən hücumları təxirə salmağımı istədi. Bu, böyük bir hücum olardı”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp hücumun genişmiqyaslı olacağını qeyd edib.