Almaniyanın xarici işlər naziri Yohan Vadeful iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazının qeyd-şərtsiz açılmasını tələb edib.
AZƏRTAC xəbər verir ki, Y. Vadeful bu barədə X platformasındakı hesabında məlumat verib.
Almaniyalı nazir telefon söhbətində İranı münaqişəyə son qoymaq üçün regiondakı qonşuları və Amerika Birləşmiş Ştatları ilə konstruktiv danışıqlar aparmağa çağırdığını qeyd edib. “Hörmüz boğazı qeyd-şərtsiz açılmalı, hamı üçün azad və təhlükəsiz naviqasiya təmin edilməlidir”, - deyə Y. Vadeful bildirib.