FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa hər gün zəng edərək İrana qarşı hərbi əməliyyatların bərpasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, Ağ Ev daxilində və xaricində münaqişənin yenidən alovlanmasını istəməyən qüvvələr Trampı Tehranla danışıqlara üstünlük verməyə çağırırlar. Regional liderlər də ABŞ Prezidentini gərginliyin artırılmasından çəkinməyə və diplomatik həll yolunu seçməyə təşviq edirlər.

Mənbə Netanyahunun Trampa mütəmadi zəng edərək hərbi əməliyyatların davam etdirilməsinə çağırdığını bildirib.