ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner NATO-nun Avropa təhlükəsizliyinin əsas elementi olaraq qalacağını, lakin qurumun bəzi təkmilləşdirilmiş mexanizmlərlə gücləndirilməsinə ehtiyac yarana biləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, C.Kuşner bu barədə sosial media hesabında yazıb.

Onun sözlərinə görə, NATO Avropa təhlükəsizliyinin dayağı olaraq qalacaq: “Alyans daha güclü hərbi kommunikasiya mexanizmləri, münaqişələrin qarşısının alınması tədbirləri və qarşılıqlı gərginliyin azaldılması yolu ilə möhkəmləndiriləcək. Biz həmçinin mübahisələrin münaqişəyə çevrilməzdən əvvəl həlli üçün praktik addımlardan danışırıq".

O əlavə edib ki, məhz bu səbəbdən Avropa ölkələrinin Ukrayna böhranının nizamlanması üzrə danışıqlarda iştirakı mühüm əhəmiyyət daşıyır.

C.Kuşner əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp yalnız Ukrayna və Avropanın təhlükəsizliyini gücləndirən, gələcək münaqişələrin qarşısını alan razılaşmaya dəstək verəcək.