Hörmüz boğazının şərq hissəsində dəniz minasına düşən tanker yanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Məlumata görə, boğazın qadağan edilmiş zonasında olan tankerin naviqasiya sistemləri sıradan çıxıb. Ekipajın vəziyyəti və mümkün ekoloji ziyan barədə məlumat verilməyib.