Vaşinqton-Pekin cəbhəsində intensiv dialoq müşahidə edilir

Vaşinqton-Pekin cəbhəsində intensiv dialoq müşahidə edilir

“Reuters” yazır ki, ABŞ-Çin dialoqu son zamanlar intensiv xarakter alıb. Nəşrin məlumatına görə, tərəflər arasındakı əsas müzakirə mövzusu Şimali Koreya məsələsidir. ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Tzinpin arasında baş tutan telefon danışığı zamanı Şimali Koreya ətrafındakı vəziyyət müzakirə olunub. Bildirilib ki, Seul və Pxenyan arasında dialoqun davam etdirilməsi bu məsələdə ciddi müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olar.