“Forbes” yazır ki, Fransada sosial məzmunlu gərginlik artmaqdadır. Bu ölkədə “pensiya islahatı” adlı tədbirlərin həyata keçirilməsindən sonra tətil və nümayişlər başlayıb, qısa zamanda vəziyyət olduqca kəskinləşib. Nəqliyyat sistemini iflic edən nümayişlərin genişlənməsi iqtisadçılar və siyasi şərhçilərin bədbin proqnozlar verməsini şərtləndirib.
Nəşr yazır ki, Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı ölkədə mövcud 8 neft emalı zavodundan ikisinin fəaliyyətinin dayandırıldığını ictimaiyyətin diqqətinə çatdırıb. Ona görə də neft emalı sahəsində istehsalın təxminən 20 faiz civarında azalması gözlənilir. Hökumət isə yanvarın 7-dən etibarən müxtəlif sahələri təmsil edən həmkarlar təşkilatları ilə danışıqların yenidən başlayacağını bildirib.