2019-cu ildə 49 jurnalistin öldürülməsi faktı...

2019-cu ildə 49 jurnalistin öldürülməsi faktı...

Beynəlxalq Jurnalistlər Federasiyasının rəsmi saytı olan “ifj.org” yazır ki, 2019-cu ildə media sahəsində texniki və yaradıcı fəaliyyətlə məşğul olan şəxslərin öldürülməsi ilə əlaqədar 49 fakt qeydə alınıb. Bildirilir ki, bu göstərici 2018-ci il ilə müqayisədə aşağıdır: “2018-ci ildə bu göstərici 95 olub”, - deyə saytda yazılıb.
Məlumatda jurnalistlərin öldürüldüyü 18 ölkənin siyahısı verilib. “Latın Amerikasında 18, Asiya-Sakit okean regionunda 12, Afrikada 9, Yaxın Şərq və ərəb ölkələrində 8, Avropada 2 media nümayəndəsi qətlə yetirilib”, - deyə məlumatda qeyd olunub.