Türkiyənin Milli müdafiə naziri Hülusi Akar bəyan edib ki, ölkəsinin əsas səyləri həm Liviyada, həm də Suriyanın İdlib bölgəsində münaqişənin siyasi həll yolunun tapılmasına və qan tökülməsini dayandırmağa yönəlib.
“Anadolu” Agentliyinin saytında yer alan xəbərə görə, nazir H.Akar yaxın dövrdə Liviyada atəşkəs ehtimalını şərh edərkən deyib ki, hadisələrin gedişinə baxanda dəqiq fikir bildirmək mümkün olmasa da, bu istiqamətdə işlər davam etdirilir. Liviyada atəşkəsin əldə olunması üçün Berlində planlaşdırılan konfransla bağlı suala cavabında isə H.Akar "Oradan bir nəticə çıxa bilər", – deyə bildirib.