Ankara Baş prokurorluğu Avropa Parlamentində Türkiyənin dövlət bayrağını təhqir edən Yunanıstanın deputatı İoannis Laqosa qarşı “Türk bayrağını açıq şəkildə təhqir etmək” ittihamı ilə istintaqa başlayıb.
“Sabah” qəzetini yazdığına görə, Ankara Baş prokurorluğundan verilən yazılı bəyanatda Avropa Parlamenti Baş Assambleyasının Brüsseldə “Yunan adalarındakı humanitar vəziyyət” mövzusunda keçirilən toplantısında Türkiyənin dövlət bayrağını nümayişkaranə şəkildə təhqir etdiyi üçün Avropa Parlamentinin üzvü və Yunanıstanın deputatı İ.Laqos haqqında cinayət işinin açıldığı vurğulanır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də sosial şəbəkə hesabından Avropa Parlamentində (AP) Türkiyənin bayrağına hörmətsizlik edən Yunanıstan deputatı İ.Laqosu kəskin tənqid edib. Ö.Çelik Avropa Parlamentini Türk bayrağına hörmətsizlik edən bu deputata qarşı lazımi tədbirlər görməyə çağırıb.