Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərindəki müşahidə məntəqələri ölkədən yeni göndərilən xüsusi təyinatlılarla (komandoslar) gücləndirilib.
“Anadolu” Agentliyinin verdiyi son məlumata görə, Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna göndərilən və burada təlim qruplarında hazırlıq keçən xüsusi təyinatlılar zirehli nəqliyyat vasitələri ilə sərhədi keçərək Suriyanın İdlib şəhərindəki müşahidə məntəqələrinə doğru irəliləyib.