Serj Sarkisyanın məhkəmə iclası fevralın 25-də keçiriləcək

Serj Sarkisyanın məhkəmə iclası fevralın 25-də keçiriləcək

Ermənistan “News.am” saytının yaydığı xəbərə görə, bu ilin fevralın 25-də Ermənistanın eks-prezidenti Serj Sarkisyanın, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyanın, "Flash" şirkətinin sahibi Barseq Beqlaryanın, kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyanın, kənd təsərrüfatı nazirliyinin bitkiçilik idarəsinin keçmiş rəhbəri Gevork Harutyunyanın işi üzrə ilkin məhkəmə iclası keçiriləcək.
Xatırladaq ki, dizel yanacağı ilə bağlı fırıldaqçılıq üzrə açılan istintaq işində Serqo Karapetyan Ermənistan cinayət məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə (xüsusilə külli məbləğdə vəsaiti mənimsəmə və ya israfetmə), qalanları isə CM-in 38-179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə (xüsusilə böyük məbləğdə vəsaiti mənimsəmə və ya israfetmənin təşkili) əsasən ittiham edilirlər.