Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək

Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Türkiyə Prezidenti martın 5-də Rusiyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Rusiya dövlətinin başçısı ilə görüşəcək.
Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər İdlibdə vəziyyətin gərginləşməsi fonunda Suriya münaqişəsinin həlli məsələlərini müzakirə edəcəklər.