Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçılarının danışığı zamanı Türkiyə-Fransa və Türkiyə-Avropa İttifaqı ölkələri arasında əlaqələr, eləcə də Aralıq dənizinin şərqində baş verən son hadisələr başda olmaqla, bölgədəki məsələlər müzakirə edilib.