Azərbaycanın işğal edilmiş torpaqları qaytarılmalı, regionda sülh və təhlükəsizlik təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dünya müsəlmanlarına müraciətində bildirib.
İranın dövlət televiziyasında yayımlanan müraciətdə deyilir ki, İranla qonşu ölkələr arasında davam edən hərbi münaqişə, insanların həlak olması üzücüdür. Lakin Azərbaycanın öz ərazisini işğaldan azad etməyə haqqı var. Bu məsələdə Azərbaycan haqlıdır. Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır ki, bu da münaqişənin həlli üçün ən doğru yoldur. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi qorunub saxlanılmalıdır.
Ali Rəhbər regiona kənardan silahlı qruplaşmalar gətirilməsinin və onlardan hərbi əməliyyatlarda istifadə edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.
Əli Xamneyi müraciətində ABŞ-dakı prezident seçkilərinə, koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə və Avropa ölkələrində baş qaldıran islamafobiyaya da toxunub.