Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Hisar-O” orta mənzilli raketlərdən müdafiə sistemi sınaqdan böyük uğurla çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “Twitter”dəki hesabından məlumat paylaşıb.
Məlumatda bildirilib ki, “Hisar-O” sistemi bu vaxtadək Türkiyədə istehsal olunan və ən uzaq məsafəyə hədəflənən müdafiə sistemidir.