“Türk Hava Yolları” təyyarələrdə isti yemək xidmətini bərpa edir

“Türk Hava Yolları” təyyarələrdə isti yemək xidmətini bərpa edir

COVID-19 pandemiyası ilə əlaqədar “Türk Hava Yolları”nın təyyarələrində sərnişinlərə isti yemək təqdim edilməsi xidməti dayandırılmışdı.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, martın 19-dan etibarən təyyarələrdə təkrar olaraq isti yemək xidmətinin təqdim edilməsinə başlanılacaq. Bu qayda “Türk Hava Yolları”nın 2 saatdan çox davam edən bütün uçuşlara şamil olunacaq.