Əfqanıstanın Qunduz əyalətindəki Seyid-Abad məscidində partlayış baş verib. yeniazerbaycan.com-un Rusiyanın “gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 100-ə yaxın insan ölüb.
Məscidə hücum yerli vaxtla təxminən 13:30-da, insanlar cümə namazına toplaşanda baş verib. İlkin məlumatlara görə, terrorçu-kamikadze məscidin içərisində partlayıcı qurğunu işə salıb.
TASS agentliyi isə “Taliban”ın nümayəndəsi Məhəmməd Cəlala istinadən hücumun İŞİD-in bir qolu olan “Xorasanda islam dövləti” yaraqlıları tərəfindən törədildiyini bildirib.
Xatırladaq ki, buna oxşar hadisə oktyabrın əvvəlində ölkənin paytaxtı Kabildəki İdgah məscidi yaxınlığında törədilib. Ən azı 12 nəfərin öldüyü, 30-dan çoxunun yaralandığı partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.