Filippində "Maring" qasırğasının baş verməsi nəticəsində ölən və itkin düşənlər var. yeniazerbaycan.com-un Rusiyanın “RİA-Novosti” agentliyinə istinadən yaydığı xəbərə görə, Filippinin Luzon adasının şimalında baş verən qasırğa zamanı ən azı 9 nəfər ölüb.
Verilən xəbərə görə, ölkənin Benqet əyalətində 3 nəfər torpaq sürüşməsi nəticəsində ölüb, Palavan əyalətində isə daşqınlar zamanı 4 nəfər suda boğulub. Onu da qeyd edək ki, "Maring" qasırğası nəticəsində daha iki nəfər yaralanıb, 11 nəfər isə itkin düşmüş hesab olunur.