Ekvadorda faciə: avtobus 110 metr hündürlükdən düşdü

Ekvadorda faciə: avtobus 110 metr hündürlükdən düşdü

Ekvadorda avtobusun 110 metr hündürlükdən aşması nəticəsində fəlakət baş verib. yeniazerbaycan.com-un  Türkiyənin “Milliyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, qəza nəticəsində 11 nəfər ölüb.

Ölkənin Vahid Təhlükəsizlik Xidmətinin yaydığı xəbərə görə, sürücü də daxil olmaqla, 12 nəfər yaralı Kolta regional xəstəxanalarına aparılıb. Faciə qurbanların adları isə hələlik açıqlanmayıb.