Ukraynada dövlət çevrilişinə cəhd gözlənilir?

Ukraynada dövlət çevrilişinə cəhd gözlənilir?

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişi olacağı barədə məlumat aldığını bildirib. yeniazerbaycan.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, V.Zelenski keçirdiyi mətbuat konfransında deyib ki, bu kimi çağırışlar artıq başqa ölkələrin kəşfiyyat orqanları tərəfindən qeydə alınır: “Açığını deyim ki, mən bu prosesi yaşayıram, məsələn, məlumat almışam ki, dekabrın 1-də ölkəmizdə dövlət çevrilişi olacaq. Maraqlı infromasiyadır, mənə vacib məlumat kimi görünür”.

 Dövlət başçısı xatırladıb ki, belə şayiələri Radikal Partiyasının lideri, Ali Radanın keçmiş deputatı Oleq Lyaşko yayıb. "Oleq dedi ki, 1-dən hərbi vəziyyət olacaq. Niyə belə edir? Hərbi vəziyyət nədir?”.

O əlavə edib ki, Ukrayna kənardan maliyyə cəlb etməyə çalışır, lakin investorlar hərbi vəziyyətlə bağlı xəbərlərə görə mənfi reaksiya verirlər: “Dekabrın 1-dən ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı şayiələrin yayılması nəticəsində investorlar Ukraynadan üz döndərirlər”.